SON DƏQİQƏ

Sosial yardımlarla bağlı təkliflər gözlənir

Tarix:4-05-2018, 22:36

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə təkliflərin hazırlanacağı bildirilir.

Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında qeyd edilir.

Məlumata görə, nazirlikdə bu məqsədlə işçi qrupu yaradılıb. Nazir Sahil Babayevin əmri ilə yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələrin qoyulduğu açıqlanıb.

İşçi qrup uyğun qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial yardımın alınmasından ötrü müraciət edilməsi, onun təyin olunması, neqativ halların aradan qaldırılması və ünvanlılığın artırılması məqsədi ilə təkliflər hazırlamalıdır.

Hazırda sosial yardım alan aztəminatlı ailələrin özünüməşğulluq imkanlarının reallaşdırılması, onların sosial yardım sistemindən asılılığının aradan qaldırılması da işçi qrupun qarşısında duran vəzifələrdən olacaq.

Yaxın zamanlarda təkliflər hazırlamalı olan işçi qrupun artıq ilk iclasının keçirildiyi bildirilir.

Xatırlatma

Azərbaycanda aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən başlanıb.

Rəsmi məlumata görə, 2016-ci ildə Azərbaycanda 120.3 min aztəminatlı ailənin 498.4 min nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilib. Onun bir nəfərə düşən orta aylıq məbləği 35.8 manat təşkil edib.

2017-ci ilin 9 ayında isə ölkədə 98.3 min aztəminatlı ailənin 404.6 min nəfər üzvünün ünvanlı dövlət sosial yardımı aldığı bildirilib. Bir nəfərə düşən orta aylıq məbləğ 36 manat göstərilib. Həmin ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayının 27.5 faiz azaldığı açıqlanıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ