SON DƏQİQƏ

Səhiyyə Nazirliyindən xəbərdarlıq - Bu həkimlər cərimələnəcək + Video

Tarix:4-05-2018, 00:53

"Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndirilən şəxslərlə əlbir olub xəstələrə keyfiyyətsiz dərmanları tövsiyyə edən 100-ə yaxın həkim cəzalandırılacaq. Onlar işlərini itirə də bilərlər”.

bunu "Xəzər Xəbər”ə açıqlamasında Səhiyyə Nazirliyinin hüquq və daxili siyasət sektorunun müdiri Elxan Əzizov deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi sözügedən məsələ ilə bağlı istintaqın yekunlaşmasını gözləyir.E. Əzizov reseptlərin yazılması və bioloji əlavələrdən istifadəylə bağlı da həkimlərə xəbərdarlıq edib. O, dərman firmaları ilə əməkdaşlıq edən və reseptə qida əlavəsi yazan həkimlərin cəzalandırılacağını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə prokurorluq əməkdaşları tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş vəzifəli şəxs həbs olunub və onların 100-dən çox həkimlə əməkdaşlıq etdiyi açıqlanıb.

 


 
<iframe class="adributor-resize" style="box-sizing: border-box; width: 639.984px; max-width: 100%; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; margin: 0px !important; padding: 0px !important; display: block !important;"></iframe>
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ