SON DƏQİQƏ

“Elə insanlar var ki, imkanı oldu-olmadı ehtiyacı olan şəxslərə kömək etmək istəyir”

Tarix:30-04-2018, 09:47

Xeyirxahlıq, köməyə ehtiyacı olan şəxslərə yardım götərmək istəyi hər bir cəmiyyətin əsas mənəvi keyfiyyətlərindən biri hesab edilir. Bəs Azərbaycan cəmiyyətində vəziyyət necədir? İnsanlarımız xeyriyyə aksiyalarında iştirak etməyə nə dərəcədə meyillidir? Cəmiyyətimizdə köməksiz insanlara qarşı lazımi duyarlılıq mövcuddurmu?

Moderator.az-a açıqlama verən "Vəfa" Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli insanların bu məsələyə münasibətinin fərqli olduğunu vurğuladı:

"Hər bir insan ehtiyacı olan, kimsəsiz şəxsə müəyyən mənada kömək göstərməlidir. İstər maddi və ya mənəvi baxımdan belə bir köməkliyin götərilməsi bir insanlıq vəzifəsir. Biz xeyirxahlığı, humanistliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan öyrənmişik və öyrənirik də...

Təşkil etdiyim xeyriyyə aksiyalarına kifayət qədər maraq var. Qayğıya ehtiyacı olan ailələr bizə müraciət edirlər. Onlara dəstək olmaq, yardım göstərmək bizim üçün fəxrdi. Etiraf edim ki, xeyriyyə aksiyalarının bəzisini öz şəxsi vəsaitim hesabına etmişəm, bəzisini isə yardımsevər şəxslərin dəstəyi ilə. Cəmiyyətmizdə xeyirxahlıq səviyyəsi fərqlidi. Bir qisim insanlar imkanı oldu-olmadı ehtiyacı olanşəxslərə dəstək göstərmək istəyirlər. Bu, onların daxili dünyasının zəngin olması ilə bağlıdır. Ancaq elə şəxslərdə var ki imkanı olsa da əl uzatmağı sevmir. Bu məsələyə hər kəsin öz baxışı var. Lakin təbii ki, cəmiyyətimizdə xeyirxahlığa meyilli insanların mövcudluğu sevindiricidir və bu, digər insanlar üçün də örnək rolunu oynayır”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ