SON DƏQİQƏ

Küçədə paltar asmaq qadağan edildi

Tarix:28-04-2018, 00:23

Aşqabadın mərkəzi "Mir-2” mikrorayonunda bir neçə yaşayış binasının sakinlərinə küçədə paltar asmaq qadağan edilib.

 bu barədə "Azadlıq” radiosunun Türkmənistan xidməti məlumatlı mənbələrə istinadən informasiya yayıb.

Qadağa aprelin 29-a kimi qüvvədədir. Mikrorayonun yollarına polis naryadları təyin olunub.  Qadağanın Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun planlaşdırılan şəhər gəzintisi ilə əlaqəli olduğu bildirilir.

"Bizə tapşırıblar ki, küçədən paltar asmayaq, göstərişə əməl etməsək, işığımızı kəsəcəkləri ilə hədələyiblər”, - deyə sakinlərdən biri bildirib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ