www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Ölkədə 612 min adam sosial yardımla dolanır


Ölkədə 612 min adam sosial yardımla dolanır

Bölmə: Sosial
Ölkədə 612 min adam sosial yardımla dolanır
Bu ilin aprel ayınadək 139573 ailə ünvanlı dövlət sosial yardımı alıb.

Bunu virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.

E.Babayev deyib ki, ünvanlı dövlət sosial yardımı ilə bağlı nazirliyin “qaynar xətt”inə daxil olan müraciətlərin sayı 25 faiz azalıb: “Respublikamızda 612114 ailə üzvünü əhatə edən 139573 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Onlardan 39143-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 6613, 18 yaşadək ailə üzvlərinin sayı 293213, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6618, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı 33 843, işləyən ailə üzvlərinin sayı isə 35 567 nəfərdir. Yardım təyin olunan ailələrin 1852-si tərkibində müharibə əlili olan ailələr, 365-i şəhid ailələri, 12583-ü isə məcburi köçkün ailələridir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 128,07 manat manat təşkil edir”.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin əvvəlindən 100 manata çatdırılıb.