SON DƏQİQƏ

“Zeytunluq”da 16 torpaq sahəsinin hasarları sökülüb

Tarix:14-09-2018, 14:32

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi rayonu, 6-cı mikrorayonda "Zeytunluq" kimi tanınan ərazidə, Heydər Məscidinin yaxınlığında ümumilikdə 3 hektar sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunan 16 torpaq sahəsinin hasarlarını söküb, ərazi tikinti materialları və tullantılardan təmizlənib.

Bakı Şəhər İcra Hakimiyyətindən Amerikanın Səsinə bildiriblər ki, həmin ərazidə yaşıllıqların bərpası ilə bağlı işlərə başlanılıb.

"Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.

BŞİH bildirir ki, paytaxtın rayonlarında aparılan abadlıq-quruculuq işləri, zəbt olunan torpaq sahələrinin və yaşıllıqların hasarlarının sökülərək ərazinin təmizlənməsi, vətəndaşları narahat edən amillərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Dostluq Parkında villalar
Dostluq Parkında villalar

Xatırladaq ki, hələ 2008-ci ildə "Azadlıq” qəzeti "Zeytunluq” adlanan ərazinin qanunsuz zəbti ilə bağlı məsələni gündəliyə gətirib. Qəzetin müxbiri Aqil Xəlil ərazinin qanunsuz zəbt edilməsi halları ilə bağlı çəkilş apardıqdan sonra bıçaqlanıb. Müxbir ərazidə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan idarə rəisi Akif Çovdarovu sövdələşmə apararkən çəkmişdi. Aqil Xəlilin həyatına təhlükə yarandığı üçün beynəlxalq təşkilatlar işə qarışıb və o Fransaya mühacirətə gedib.

2015-ci ilin mayında prezident İlham Əliyev Bakının Səbael rayonunda, Şıx çimərliyi ilə üzbəüz ərazidəki "Dostluq” Parkındakı qanunsuz tikililərin, o cümlədn villaların sökülməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə göstəriş verib. BŞİH-i "Dostluq” parkının ərazisində olan 42 qanunsuz tikilən villanın söküləcəyini desədə orada yalnı bir neçə yarımçıq tikili sökülüb.

Qeyri hökumət təşkilatlarının məlumatına görə Azərbaycanda 1 milyon 800 minədək qanunsuz tikili var. Onun 700 mini Bakı şəhərində yerləşir.

Rəsmi şəxslərin dediyinə görə isə Bakıda 400 min qanunsuz tikili, o cümlədən 6 minədək qanunsuz mənzil, 6 yüzədək qanunsuz çoxmərtəbəli ev var.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ