SON DƏQİQƏ

Süni zəka aclığı aradan qaldıra bilərmi

Tarix:10-04-2018, 12:26

Dünyada qida bol olsa da, BMT-nin hesabatında deyilir ki, 2016-cı ildə 815 milyon insan, yəni dünya əhalisinin 11%-i aclıqdan əziyyət çəkib. Bu rəqəmin artdığı görünür.

Ancaq yoxsulluq aclığın yeganə səbəbi deyil. İnsanlar qida təhlükəsizliyinin olmaması səbəbindən də aclıq çəkə bilirlər.

«Biz münaqişə və təbii fəlakətlər səbəbindən yaşayış yerini tərk etməyə məcbur qalan insanlar arasında aclığın get-gedə artdığını müşahidə edirik... Dünyada köçməyə məcbur insanların sayında artım müşahidə olunur», – BMT Qida Proqramının İnnovasiya və Dəyişikliyin İdarə Olunması Mərkəzinin direktoru Robert Opp deyir.

Humanitar təşkilatlar aclıqla mübarizə aparmaq üçün süni zəkaya (AI) müraciət etməyə başlayıblar.

«Hazırda süni zəka bizə insanın bacarıqlarını artırmaq imkanı verir. Buna görə də biz insanların... süni zəkayla əvəzlənməsindən danışmırıq. Daha çox iş görməkdən və bu işləri sadəcə, insanın bacarıqları hesabına gördüyümüzdən daha yaxşı görməkdən danışırıq», – Opp deyir.

 

 

Məlumatları təhlil edib fermerlərə çatdırmaq

Süni zəka münaqişə və təbii fəlakətlərin təsirinə məruz qalmış əraziləri müəyyənləşdirmək üçün iri həcmdə məlumatı təhlil etməyə, inkişaf etməkdə olan ölkələrdə fermerlərə yardım etməyə qadirdir. Sonradan fermerlər bu dataya öz smartfonları vasitəsilə çıxış əldə edə bilirlər.

«Bu gün dünyadakı orta bir smartfon bütünlükdə 50 il öncə mövcud olmuş «Apollon» kosmik proqramından daha güclüdür. Sadəcə, təsəvvür edin ki, Afrikada bir fermerin əlində bütün «Apollon» kosmik proqramından güclü hesablama qabiliyyətinə malik smartfon var», – «Google AI»nin mühəndislik komandasının rəhbəri Pranav Khaitan deyir.

«Əlinizdəki xüsusi datanı və torpaq xəritəsi datasını götürüb onları süni zəkaya təhlil etdirdikdən sonra əldə etdiyiniz məlumatı mənə göndərə bilərsiniz. Qısası, bununla mənə nə əkəcəyimi və necə əkəcəyimi bilməkdə yardım etmiş olursunuz», – Bill və Melinda Qeyts Fondunun Beynəlxalq inkişafda strateji məlumat və təhlil şöbəsinin direktoru Uyi Stewart deyir.

«Biz texnologiyaları - AI, robotexnika, sensorları - kombinə etməyə başlayanda fermalarda istehsalla bağlı möcüzənin başladığını, məhsuldarlığın artdığını görürük», – XPRIZE fondunun qlobal strategiya üzrə vitse-prezidenti Zenia Tatadeyir. XPRIZE bəşəriyyətə xidmət edən innovativ ideya və texnologiyaların hazırlanmasını təşviq edən yarışlar keçirən və mükafatlar təklif edən təşkilatdır.

 

No media source currently available

0:000:01:32 0:00
 

 

Lakin çox zaman inkişaf etməkdə olan ölkələrə texnologiya çox gec çatır.

«815 milyon insan acdır və sizi əmin edə bilərəm ki, 815 milyonun 814 milyona qədərinin smartfonu yoxdur», – Stewart deyir.

Əngəllər

Hətta əldə texnologiya olanda belə, maneələr qalır.

«Aclıqdan əziyyət çəkən bu insanların çoxu ingilis dilini bilmir... Biz bu texnologiyanı onlara necə ötürəcəyik?», – Stewart sual edir.

Yeni texnologiyanın inkişaf etməkdə olan ölkələrə gedib çıxmasına vaxt gərəksə də, bir çoxları bu imkanların sonucda qida təhlükəsizliyinin olmamasından əziyyət çəkən fermerlərə kömək edə biləcəyinə ümid bəsləyirlər.

«Yeni texnologiya ixtira etmisiniz. Böyük sərmayə qoyulub. İndi siz qiymətləri aşağı salmaq üçün bu texnologiyanı modifikasiya etmək üzərində çalışırsınız. Düşünürəm ki, 3-4 ilə indi əlimizdə olan texnologiyalar inkişaf etməkdə olan ölkələrə də gedib çatacaq», – tanınmış Amerika aqrobiznes və qida şirkəti «Land O'Lakes»in nəzdində fəaliyyət göstərən «Ag Technology»nin vitse-prezidenti Teddy Bekele deyir.

Humanitar təşkilatlarda çalışanlar deyirlər ki, iş adamları yeni texnologiyaları dünyadakı aclıqla mübarizəyə uyğunlaşdırmaq üçün öz ölkələrindən kənara baxmalı, yaxud da yeni modellər ortaya qoymalıdırlar. Süni zəkanın gücünə yiyələnmək üçün fermerlərin alətlərə və təlimə ehtiyacı olacaq. Yalnız bu zaman onlar yoxsul ölkələrdə acları doyurmağa kömək edə bilərlər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ