SON DƏQİQƏ

“Qış gəldi, Gədikqışlaqda yenə istilik, yol dərdi artdı”

Tarix:22-12-2020, 16:05

 

Kənd sakinləri aidiyyəti qurumlardan diqqət, qayğı tələb edir

"Yayda su problemimiz vardı, yazdız, qismən həllini tapdı, indi də qışdır, soyuqdur, istilik yoxdur. Xahiş edirik, yazın, çəkin, işıqlandırın, bəlkə aidiyyəti qurumlarda oturan məmurlar vəziyyətimizi anladılar, bir köməklik etdilər...”

Gədikqışlaq Qubada köhnə kənddir. Burada evlərin sayı 200-ə yaxınlaşıb. Ailə təsərrüfatları ilbəil artır. Əhalisi əsasən heyvandarlıq və əkin işləriylə məşğul olur. Onlar uzun illərdir ki, kənddəki istilik probleminin həllinə nail ola bilmirlər.

Kəndin yerli-dibli qaz xətti olmayıb. Kənd sakini Lətifə Abbasova əvvəllər meşələrdən özləri çır-çırpı yığıb gətirib alışdırar, evlərini isidərdilər. İndi necə deyərlər, meşədən də ayaqları kəsilib, çarəsiz duruma düşüblər.

 

 

 

 

 

 

 

 

 

 

"Biz də yerdə qalan çır-çırpıları yığıb qışa saxlayırdıq"

"Daha çır-çırpı da yığa bilmirik”

"Havalar sərtləşib, yenə də həyətlərdəki meyvə ağaclarını qırmaq məcburiyyətində qalmışıq. Əvvəllər meşədən çır-çırpı yığıb gətirirdik, yəni kimlərsə meşələrdəki ağacları qırıb daşıyırdı, biz də yerdə qalan çır-çırpıları yığıb qışa saxlayırdıq. İndi isə meşəyə də girə bilmirik. Meşələrin qorunması yaxşı haldır, ancaq kasıb onsuz da ordan ağac kəsmirdi, əli hər yerə çatanlar kəsirdi, kasıb da dediyim kimi, kəsimdən küncdə-bucaqda qalan çırpıları gedib yığırdı. İndi gətirib odunu ikiqat baha qiymətə satırlar bizə...”, - Lətifə Abbasova deyir.

Gədikqışlağa yağış yağanda...

Yağış yağanda kəndin daxili yolları palçıqdan keçilməz olur. Kənd sakinləri yolların təmiri üçün dəfələrlə yerli icra hakimiyyətinə müraciət etdiklərini deyirlər:

 

 

 

 

 

 

 

 

 

 

Kəndin yerli-dibli qaz xətti olmayıb

"İcra hakimiyyəti bələdiyyənin üstünə, bələdiyyə icra hakimiyyətinin üstünə göndərir. Bu kəndin yoluna, qazına, işığına sahib çıxan yoxdur. Bələdiyyənin başı torpaq satmağa qarışıb, kənddə bir qarış torpaq qoymayıb, hamısını satıb. İcra hakimiyyəti eləcə rayonun mərkəzini bəzəməklə məşğuldur. Hazırda məktəb yoxdur, uşaqlar çölə çıxmır. Pandemiya bitəndən, məktəblər açılandan sonra yenə uşaqların əzab-əziyyəti başlayacaq. Heç olmasa o vaxta qədər kənd yollarına bir əncam çəksinlər”.

"Yüksək gərginlikli naqillər yerlə sürünür”

Hə, bir də sakinləri narahat edən kənddəki yaşayış evlərinin yaxınlığında qırılıb yerə düşən yüksək gərginlikli elektrik naqilidir. Sakin Rəsul Mehrəliyev deyir, faciə baş verməsin deyə, 1 aydan çoxdur ki, həmin ərazidə əməlli-başlı keşik çəkir:

"Küləkli havada naqil qırılıb yerə düşdü, 1 aydan çoxdur ki, işimi-gücümü buraxıb, uşaqları qorumaq üçün həmin ərazidə keşik çəkirəm. Yağış yağır, yer islanır, təhlükə daha da artır. Allah göstərməsin, o naqilə toxunan olsa, yerindəcə külə dönər. Dəfələrlə yerli işıq idarəsinə, bələdiyyəyə gedib məlumat vermişəm, hər dəfə də deyirlər: "Get evə, gəlib tədbir görəcəyik””.

Quba Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, kəndlərdəki yolların təmiri, qaz, işıq, su problemləri mərhələli şəkildə aradan qaldırılır. Gədikqışlaq kəndinin problemləri də diqqətdədir. Sakinlərin qeyd etdikləri problemlər aidiyyəti üzrə qurumlarla müzakirə olunur. Rəsul Mehrəliyevin evinin yaxınlığına düşmüş elektrik naqili ilə bağlı tədbir görülməsi üçün rayonun işıq idarəsinə müraciət olunacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Rəsul Mehrəliyev

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ