SON DƏQİQƏ

“Döyüşlərdə iştirak etməyimə baxmayaraq, veteranlıq təqaüdümü vermirlər”

Tarix:7-12-2020, 22:32


  •  
  •  
  •  

Göyçay sakini: "Kaş bu hökumət vətən uğrunda canını qoyan insanlara hörmət edərdi”

Balaca həyəti olan uçuq-sökük daxmanın 4 sakini var. İkisi azyaşlıdır, onlardan biri məktəbə gedir, digəri hələ balacadır. Hazırlığa getməlidir, ona da ailəsinin imkanı çatmır.

Şikayətləri çoxdur, bir-iki deyil. Daxmanın şəklini çəkmək istəyirik, qoymur. Evin xanımı həyəcanla "sən Allah, birdən ev sahibinin xoşuna gəlməz, sonra bizi çıxarar. Onsuz da aylardır ev kirayəsini ödəyə bilmirik. Qışın günü küçədə qalmayaq”, - deyir.

"Hamı görsün ki, bu, yaşayış deyil”

Sanki özlərini ev sahibinin yadından çıxarmaq istəyirlər. "Əsas olan bizim problemlərimizdir. Biz danışaq, siz dinləyin. Görün, elə hamı da görsün ki, bu, yaşayış deyil”, - deyirlər.

Bura Göyçayda yaşayan Birinci Qarabağ Müharibəsi veteranı Şahmar Şamilovun kirayə qaldığı evdir.

"Xəstəliyin dəhşətli yayıldığı günlərdə biz küçələrdə yatırdıq”

O, Birinci Qarabağ Müharibəsində döyüşüb. Özü də müharibə başlayanda Rusiyada işləyirmiş. Deməsinə görə, yaxşı da maaş alırmış. Amma ürəyi dözməyib, ölkəsinə qayıdıb, Qarabağa gedib və döyüşüb:

"İndiyədək bunu heç kimin gözünə soxmamışam. Düşünmüşəm ki, borcumdu, etmişəm. Ta ki, son bir ilədək. Daha açıq desəm, işsiz, evsiz qalanadək. 1 il əvvələdək atamdan qalan evdə yaşayır, borc-xərc aldığım maşını taksi kimi sürürdüm. Dolanırdıq, kimsəyə möhtac deyildik. Qardaşımla mübahisədən sonra evdən çıxdım, maşınımı oğurladılar. İki azyaşlı övladım, xanımımla birgə bu yay küçədə qaldıq. O xəstəliyin dəhşətli yayıldığı günlər var ha, bax, onda biz küçələrdə yatırdıq”.

Şahmar Şamilov əlavə edir ki, onda 1992-ci ildə Göyçay Rayon Hərbi Komissarlığının verdiyi arayış da var.

Şahmar Şamilov əlavə edir ki, onda 1992-ci ildə Göyçay Rayon Hərbi Komissarlığının verdiyi arayış da var.

"Qorxa-qorxa yaşayırıq ki, birdən evdən çıxararlar”

Xanımı əlavə edir, deyir: "Evdən çıxanda bir qəpiyimiz yox idi. Günlərlə ac, küçələrdə gecələməli olduq”. Bir sözlə, iki uşaqla ağır günlər yaşayıblar:

"Yalanım yoxdur. Evdən çıxanda tələsik masanın üstündəki 1 paçka taxta peçenyeni atdım çantama. Düz 2 gün uşaqların başını o peçenye ilə aldatmışıq. Axırda bir insaflı adam çıxdı, evini verdi, dedi: "Nə zaman olar, ödəyərsiniz”. Yoldaşım birtəhər fəhləlik edir, yarıac-yarıtox yaşayırıq. Amma son vaxtlar stress, gərginlik, onun ağrıları, xəstəliyi işləməyə imkan vermir. Aylardır kirayəmizi də ödəyə bilmirik. Qorxa-qorxa yaşayırıq ki, birdən evdən çıxararlar”.

"Döyüşlərdə iştirak etməyimə baxmayaraq, veteranlıq təqaüdümü vermirlər”

Şahmar Şamilov deyir ki, insan pis vəziyyətə düşəndə ağlına ilk gələn dövləti olur. Elə o da aylardır dövlət orqanlarına gedib-gəlir. Əvvəlcə ünvanlı sosial yardım üçün müraciət edib, "sizə düşmür” – cavabını alıb. Sonra iş üçün ağız açıb. Bu dəfə də "əlimizdə sizə aid iş yoxdur”, - deyiblər. Sonunda hər yerdən əli üzülən vətəndaş haqqı olan veteranlıq təqaüdünü almaq üçün yerli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib:

"Bütün sənədlərim yerində olmasına, döyüşlərdə iştirak etməyimə baxmayaraq, veteranlıq təqaüdümü vermirlər. Belə başa düşürəm ki, nəsə umurlar, gözləyirlər. Yoxsa əsgərliyə getməyim, tərxis olunmağımla bağlı sənəd, nə qədər fotoşəkil, hətta hospital sənədi var. Bunlara baxmayaraq, təqaüdümü niyə ala bilməyim ki?”

Məhkəməyə iddia ərizəsi

Məhkəməyə iddia ərizəsi

"Bütün döyüş yoldaşlarım təqaüd alır”

Şahmar Şamilov qəzetdə döyüş yoldaşları ilə birgə çıxan şəklini göstərir. Deyir, ondan savayı bu fotodakıların hamısı veteranlıq təqaüdü alır. O, bunu haqsızlıq kimi dəyərləndirir, ayrı-seçkilik sayır:

"Özü də veteranlıq təqaüdü elə çox pul da deyil. Heç aylıq 100 manata da çatmır. Kirayə haqqım da 100 manatdır. Yaralarımı sağaltmasa da, küçədə qalmaram. Fəhləliklə də birtəhər ailəmi dolandıraram. Amma indi bir qəpik gəlirim yoxdur”.

"Çörək almağa pul tapmıram, sənəd çıxarmaq üçün rüşvəti haradan alım”

Şahmar Şamilov əlavə edir ki, onda 1992-ci ildə Göyçay Rayon Hərbi Komissarlığının verdiyi arayış da var. İndi idarəyə gedir, ona "girişin yoxdur”, - deyirlər:

"Bir sözlə, gətir nəsə ver, arxivdən axtarıb çıxarım. Haradan alım? Mən çörək almağa pul tapmıram, sənəd çıxarmaq üçün rüşvəti haradan alım?”

"Vətəndaşa hər zaman kömək etməyə hazırıq”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin növbətçi hissəsindən Meydan TV-yə bildirilib ki, veteranlara baxan, onlara müavinət təyin edən şöbənin əməkdaşlarında koronavirus aşkarlanıb. Uzun müddətdir ki, həmin şöbə karantinə bağlanıb və əməkdaşları işə çıxmır:

"Həmişə vətəndaşa kömək etməyə hazırıq. Biz onları yarıyolda qoymarıq. Vətəndaş bir müddət gözləsin. Şöbə əməkdaşları işə çıxanda yaxınlaşsın. Əlimizdən gələn köməyi etməyə hazırıq. Lap istəyir, özü yaxınlaşsın, biz ona vəziyyəti izah edək və nə zaman kömək etmək mümkün olduğunu, nə zaman gəlməsini deyək”.

Acınacaqlı vəziyyətdə yaşadıqlarını söyləyən, Şamilovlar ailəsi isə bu gün hər yerdən ümidlərini üzüblər. Şahmar Şamilov deyir ki, kaş bu hökumət vətən uğrunda canını qoyan insanlara hörmət edərdi...

"Belə başa düşürəm ki, nəsə umurlar, gözləyirlər"


Müharibə dövrü

Müharibə dövrü

Hərbi bilet

Hərbi bilet

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ