SON DƏQİQƏ

Kənd sakinlərinin torpaq fəryadı – “Səsimizi Prezidentə çatdırın” – VİDEO

Tarix:22-09-2020, 16:41

Xaçmazın Uzunoba nümayəndəliyinə daxil olan Yataqoba kənd sakinləri örüş yerlərinin satılmasına etiraz edir. Buna artıq etiraz yox fəryad demək olar. Çünki bu insanlar problemlərinin həlli üçün Gənclər və İdman Nazirliyinə qədər yazılı müraciət edib.  Amma heç bir məktuba nəticə bir kənara, ürək toxdayan bir cavab da gəlməyib. Yalnız ötən il Xaçmaz RİH-nə edilən müraciətlərdən sonra, sakinlərə cavab yazıblar ki, sizə örüş sahənizi bələdiyyədən tələb etməyi tövsiyə edirik. Son bir il ərzində örüş yerləri olmadığına görə xeyli insan mal-qarasını satıb.

Biz kəndliyik. Mal-qara saxlayıb təsərrüfatla məşğul olmalıyıq. Əvəzinə şəhərə gedib marketdən süd qatıq alıb qayıdırıq kəndə. Son illər heyvandarlıqla məşğul olan insanlarımızın sayı çox azalıb.

Örüş sahələrini satan bələdiyyə sədri bir neçə il bundan qabaq kəndin stadionunu da satıbmış. Sakinlərin ölkənin birinci xanımı Mehriban Əliyevaya etdikləri müraciətdən sonra məsələ öz müsbət həllini tapıb və idman meydançası yenidən onların istifadəsinə verilib.

Bir icra nümayəndəsinin, bələdiyyə sədrinin yaratdığı problemə görə ölkə başçısına və Mehriban xanıma müraciət edirik.

Nüməyəndəliyin digər kəndlərində də örüş yerləri satılıb. Bir neçə ay bundan öncə Xaçmaz RİH başçısı Elnur Rzayev ərazidə səyyar görüş keçirən zaman insanlar bu barədə ona müraciət edib. İcra başçısı qısa zaman ərzində 3 kəndin örüş yerlərini insanların istifadəsinə geri qaytarıb. Amma Yataqoba kəndinin satılmış örüş sahələrinin onlara qaytarılması təmin edilməyib.

Bizim bir çarəmiz var. Mal-qaramızın satıb, şəhərə köçmək.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ