Dogru.Tv > Siyasət > İlham Əliyev transmilli layihələrdə rəqiblərini necə üstələdi? - Detallar

İlham Əliyev transmilli layihələrdə rəqiblərini necə üstələdi? - Detallar


Tarix: 10-01-2017, 21:25. Müəllif: Anonim
İlham Əliyev transmilli layihələrdə rəqiblərini necə üstələdi? - Detallar
İlham Əliyev transmilli layihələrdə rəqiblərini necə üstələdi?Prezident İlham Əliyev XXI əsrdə nəhəng transmilli layihələri həyata keçirməklə ən güclü rəqiblərinin kürəyini yerə vurdu və bu layihələri müstəqilliyimizin təminatçısına çevirdi
XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək TANAP və TAP layihələrini reallaşdırdı.

Bu layihələrin reallaşması üçün diplomatiya tarixində görünməmiş təzyiqlərə, hətta təhdidlərə belə məruz qalmasına baxmayaraq, çox nəhəng ölkələrin dizini yerə gətirdi. Beləliklə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin müəllifi kimi tarixə düşdü.

Ölkəmizdə və xaricdə böyük investisiya layihələri həyata keçirməklə iqtisadiyyatımızın neftdən asılılığına son qoydu. Azərbaycanı kosmik sənaye ölkəsinə çevirdi.
O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub.
ötən 10 il ərzində nəinki onun reytinqi xalq arasında aşağı düşüb, əksinə daha da artıb.

Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Azərbaycanın dövlət və milli maraqlarının bariz şəkildə müdafiə edilməsinin nəticəsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür.

Göründüyü kimi, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Xarici siyasi əlaqələrini respublikamız siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir.

Geri Qayıt