Dogru.Tv > Siyasət > Putin amerikalı diplomatları ölkədən çıxarmadı

Putin amerikalı diplomatları ölkədən çıxarmadı


Tarix: 30-12-2016, 21:08. Müəllif: Anonim
Putin amerikalı diplomatları ölkədən çıxarmadı
Rusiya prezidenti Vladimir Putin 35 amerikalı diplomatın ölkədən çıxarılmasından imtina edib.

Bu barədə dekabrın 30-da prezidentin Kremlin rəsmi saytında dərc olunan bəyanatında bildirilir.

“Vətənə dönən rusiyalı diplomatlar yeni il tətilini evdə, doğmaları və yaxınları ilə birlikdə keçirəcəklər.Biz amerikalı diplomatlara problem yaratmayacaq,heç kimi ölkədən çıxarmayacağıq. Biz onların ailə və uşaqlarını yeni il bayramını öyrəşdikləri yerdə keçirməkdən məhrum etməyəcəyik” deyə Putin bəyanatda bildirir.

Vladimir Putin xoş məran jesti olaraq ABŞ diplomatlarının uşaqlarlını Kremldə keçirilən Yolka şənliyinə dəvət edib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergei Lavrov, dekabrın 30-da ABŞ-ın müvafiq hərəkətinə cavab olaraq,prezident Vladimir Putinə Moskvadakı ABŞ səfirliyinin 31 əməkdaşı və Sankt-Peterburqdakı ABŞ konsulluğunun 4 diplomatının ölkədən çıxarılmasını təklif eləmişdi.

ABŞ bundan əvvəl 35 Rusiya diplomatının 24 saat ərzində ölkədən çıxarılmasını göstəriş verib.

ABŞ-ın maliyyə nazirliyi elə həmin gün haker hücumuna görə, bir sıra Rusiya müəssisələri və vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Geri Qayıt