SON DƏQİQƏ

Həmməruzəçilər T.Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayır

Tarix:22-09-2020, 14:48

"Onun həbsinin ev dustaqlığı ilə əvəz olunması alqışlanası ilk addımdır”, – AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ser Rocer Geyl və Stefan Şennak, həmçinin Azərbaycanda siyasi məhbus işləri üzrə həmməruzəçi Sunna Evarsdottir bildirirlər

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri müxalifətçi Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayır. Milli Şuranın və Müsavat partiyasının üzvü olan T.Yaqublu sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarıyla ev dustaqlığına buraxılıb, məhkəmənin hazırlıq iclası sentyabrın 28-də davam edəcək.

"Onun həbsinin ev dustaqlığı ilə əvəz olunması alqışlanası ilk addımdır”, – AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ser Rocer Geyl və Stefan Şennak, həmçinin Azərbaycanda siyasi məhbus işləri üzrə həmməruzəçi Sunna Evarsdottir bildirirlər.

"Bu bizə Azərbaycan hakimiyyətinin Yaqublu barəsində hökmdən narahatlığımızı yoluan qoyacağı, onun işinə Avropa Şurasının ədalətli məhkəmə standartlarına uyğun baxacağına dair ümid yaradır. Cənab Yaqublunun aclıq aksiyasını dayandırması qərarı da gərginliyimizi azaltdı”, – bəyanatda vurğulanır.

 

Xatırlatma

T.Yaqublu bu il martın 22-də tutulmuşdu. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılov-un (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. T.Yaqublu isə sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başlamışdı. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını da dayandırıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ