www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Prezident: “ Ermənistana inanmaq lazım deyil”

Prezident: “ Ermənistana inanmaq lazım deyil”

Bölmə: Siyasət
Prezident: “ Ermənistana inanmaq lazım deyil”
“ Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı(İƏT) da öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir”

AZƏRTAC xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev bu gün, sentyabrın 10-u Astanada İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, İƏT daimDağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib:

“Keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar Təmas Qrupu yaradılıb. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk”, - deyə Azərbaycan prezidenti əlavə edib.

Prezident deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərdə Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlər dağıdılıb

“ Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri vandalizmin sənədli sübutudur”, - deyən İlham Əliyev vurğulayıb ki, Ermənistanda islamofobiya pik həddə çatıb.

“ Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil.”


Prezident İlham Əliyev sentyabrın 9-u Qazaxıstana səfər edib.

Sentyabrın 10-u Astana Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) elm və texnologiyalar üzrə sammiti başlayıb.Sammit 2 gün davam edəcək.

Xatırlama

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.