SON DƏQİQƏ

İsrail kəşfiyyatı Mossadın rəhbəri : "İranda sosial inqilab görməyə şad olardım"

Tarix:10-01-2018, 01:57

İsrailin kəşfiyyat xidmətinin rəhbəri bildirib ki, İranda kütləvi etiraz çıxışları nəticəsində "Ayətullah rejimi hakimiyyətdən gedən deyil".

Mossad xidmətinin direktoru İranda yaranmış vəziyyəti Maliyyə Nazirliyində keçirilən görüş vaxtı dəyərləndirib, israelnationalnews.com saytı xəbər verir.

"Yüksək gözləntilər bəslənilməməlidir, hərçənd ki mən, İranda sosial inqilab görməyə şad olardım. Bu hələ də baş verə bilər".Mossad-ın direktoru deyib ki, İran daxilində onun "göz və qulaqlar"ı var.

"Bizim hətta İranda göz və qulaqlarımız var", Yossi Cohen-dən Jpost.com iqtibas gətirir.

İran hakimiyyəti etiraz çıxışlarında xarici qüvvələri ittiham edir.

Çərşənbə axşamı günü İranın ali dini lideri Ayətullah Əli Xameneyi hakimiyyət əleyhinə nümayişlərin təşkilində ABŞ, Britaniya və İsrailin əli olduğunu deyib.

İranda etirazlar dekabrın 28-də, ölkənin ikinci ən böyük şəhəri Məşhəddə başlayıb. Öncədən iqtisadi tələblərlə keçirilən yürüşlərdə daha sonra siyasi çağırışlar səslənib.

Ölkə boyu davam edən nümayişlərdə etirazçılar və təhlükəsizlik xidmətlərinin əməkdaşları arasında toqquşmalar baş verib. İğtişaşlarda 20-dən artıq adam həlak olub. Yüzlərlə insanın saxlanıldığı bildirilir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ