SON DƏQİQƏ

“Bağçalını Beştəpəyə dəvət etdim, cavab gözləyirəm” – Ərdoğan

Tarix:9-01-2018, 21:18

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Bağçalını Beştəpədə yerləşən iqamətgahına dəvət etdiyini bildirib.

"Bağçalı ilə nə vaxta görüşəcəksiniz?” sualına Ərdoğan "MHP lideri Bağçalını Beştəpəyə dəvət etdim. Cavab gözləyirəm. Xeyirli olsun” deyib.

"Seçkilər ərəfəsində Bağçalının yerli və milli mövqeyini xüsusilə vurğulamaq lazımdır. Bu yerli və milli mövqe ilə birlikdə inanıram ki, ölkəmizdə bizi bölmək, ayırmaq istəyənlər hədəflərinə çatmayacaqlar. Bizlər 7 avqust ruhunu yaşamaqda qərarlıyıq. Birləri deyir ki, "o, nə deyər, bu nə deyər”. Biz nə deyərik, əsl vacib olan budur. Cənab Bağçalı ilə görüşərik, ölkəmizin dərdlərini də müzakirə edərik. Uzlaşma qanunlarının hazırlanması ilə də dostlarımız məşğul olar, birlikdə addımlarıq” – Ərdoğan belə deyib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ