Bu fikri Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Parisdə fransalı həmkarı E.Makronla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyə Avropa İttifaqının qapısı qarşısında 54 il gözləyib. Türk xalqı bu danışıqlardan çox yorulub. Bəlkə biz müəyyən addım atmağa məcbur olduq, çünki biz daim respublikamızın Avropa İttifaqına qəbul olunmasını xahiş etmək niyyətində deyilik”, deyə Ərdoğan qeyd edib.