Kitabda onun ailə həyatının çox uğursuz olması yazılır.

Müəllif yazır ki, prezident seçilməmişdən əvvəl Donald və Melani ayrı yaşayıb. O, öz kiçik oğlu Berron haqqında çox az bilir, həyat yoldaşını isə ancaq onun xarici gözəlliyi ilə qürur duymaq üçün xatırlayır. Melani prezidentliyə qədər ərindən az xəbəri olub və onunla demək olar ki, heç görüşməyib. Hətta Donald Tramp seçkilərdə qələbə qazananda Melani ağlayıb. Ona elə gəlirdi ki, o, prezident olandan sonra onun oğlu ilə birgə keçirdiyi sakit həyatı dağıdacaq.

Donald Tramp bu kitabı başdan-ayağa yalan adlandırıb.