SON DƏQİQƏ

Putinin reytinqi tarixi MİNİMUMA DÜŞDÜ...

Tarix:30-07-2020, 13:06

Ona etimad səviyyəsi 2017-ci ilin noyabr ayı ilə müqayisədə 36% azalıb...
 


 


İyulun 29-da "Levada” Sosioloji Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərir ki, Rusiya Prezidenti V.Putinə etimad səviyyəsi hər zamankından ən aşağı həddə çatıb.

sorğu zamanı respondentlərdən digərlərindən daha çox güvəndikləri beş-altı siyasətçinin adını çəkmələri istənilib. 

Səsvermənin nəticələrinə görə, respondentlərin 23% -i Putinə etibar edir - bu iyun ayındakından 2% və ilin əvvəlindəkindən isə 12% azdır. 2017-ci ilin noyabr ayı ilə müqayisədə Putinin etibar reytinqi 36% azalıb.

Rusların etibar etdiyi siyasətçilər arasında Mixail Mişustin (10%), Vladimir Jirinovski (10%), Sergey Şoyqu (10%), Sergey Lavrov (6%), Gennadi Zyuganov (4%) da var.



"Dojd" telekanalının saytı xəbər verir ki, bəhs edilən sorğuda iştirak edənlərin 3% -i qətllərin təşkili ittihamı ilə həbs olunan Xabarovsk vilayətinin keçmiş qubernatoru Sergey Furqala güvəndiyini bildirib: reytinqdə o, Pavel Qrudinin, Aleksey Navalnı və Dmitri Medvedevi üstələyib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ