www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Darren Mcdew: Azərbaycan ABŞ-ın güclü tərəfdaşına çevrilib


Darren Mcdew: Azərbaycan ABŞ-ın güclü tərəfdaşına çevrilib

Bölmə: Siyasət
Darren Mcdew: Azərbaycan ABŞ-ın güclü tərəfdaşına çevrilib
“Azərbaycan regionda ABŞ-ın güclü tərəfdaşına çevrilib. Azərbaycan sülhpərvər, təhlükəsiz, daim inkişaf edən və strateji əhəmiyyəti olan bir ölkədir".

Azərbaycanda səfərdə olan ABŞ nəqliyyat komandanı general Darren MakDyun (Darren Mcdew) dekabrın 17-də Bakıda jurnalistlər üçün keçirdiyi brifinqdə belə deyib.

Azərbaycanda nəqliyyat sisteminin inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirən Darren MakDyu bu işlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakı haqda danışarkən genaral dünya ictimaiyyətinə Azərbaycan kimi ölkələrin lazımlı olduğunu qeyd edib.

Səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərini müzakirə etdiyini diqqətə çatdıran Darren MakDyun prezident İlham Əliyevin müstəsna bir lider olduğunu qeyd edib.
Darren Mcdew: Azərbaycan ABŞ-ın güclü tərəfdaşına çevrilib
“Biz cənab prezident və müdafiə naziri ilə görüşdə ABŞ və Azərbaycan arasında təhlükəsizliklə bağlı əməkdaşlığı və bu əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmişik. Azərbaycan strateji əhəmiyyəti olan bir ölkədir. Buna görə də Azərbaycanın sözügedən sahələrdə gördüyü işlər çox müsbət təəssürat yaradır. Əfqanıstana səfərim çərçivəsində bu ölkədəki sülhməramlı əməliyyatların rəhbəri ilə görüşüm zamanı o mənə Azərbaycanın məhz sözügedən əməliyyatlarda müstəsna rol oynadığını qeyd edib”, o deyib.

General Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən qeyd edib ki, Dağlıq Qarabağ çox mürəkkəb münaqişədir.

“Biz başa düşürük ki, münaqişənin dinc və sülh yolu ilə həlli asan olmur. Düşünürəm ki, münaqişə tərəfləri bir araya gələrək məsələləri müzakirə etdikləri, ümumi məxrəcə gəldikləri halda, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına öz dəstəyini verəcək", MakDyu bildirib.

Darren MakDyu (Darren McDew) Xəzərdə estakadanın uçması nəticəsində baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı da verib.