www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Roqozin Bakı hava limanına getdiyi yerdə fikirini dəyişib

Roqozin Bakı hava limanına getdiyi yerdə fikirini dəyişib

Bölmə: Siyasət
Roqozin Bakı hava limanına getdiyi yerdə fikirini dəyişib
Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitry Rogozin “gözlənilmədən Azərbaycan-Rusiya” sərhəddinə gedib.

Bu barədə o, özünün Tvitter hesabında yazıb.

Rogozin qeyd edib ki, o, Bakı hava limanına getdiyi yerdə qərar verib ki, 500 km-lik məsafəini qət etsin:

“Hamı üçün gözlənilməz olaraq, Rusiya-Azərbaycan dövlət sərhədində buraxılış-keçid məntəqəsinin işini yoxlamağa gəldim”, - deyə o bildirib.

Apa xəbər verir ki, Bakıda keçirilmiş Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasındayük maşınlarının dövlət sərhədini keçməsində problemlərin yaranması məsələsi qaldırılıb.

D. Rogozin bundan sonra yük maşınlarının sərhədi heç bir ləngitmə olmadan keçəcəyini söyləyib.

“Qarşıdan Yeni il gəlir. Biz gözləyirik ki, Azərbaycandan Rusiyaya gətirilən meyvə, tərəvəz və digər məhsullar sərhədi maneəsiz keçərək bayramadək rusiyalıların masasına çatdırılacaq. Biz bu məhsulların keyfiyyətini həmişə yüksək qiymətləndiririk”, - deyə D. Roqozin bildirib.