www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » 2017-ci ildə milyarderlər tumançaq qaçacaq... -Rotşildlər və Trampın planları

2017-ci ildə milyarderlər tumançaq qaçacaq... -Rotşildlər və Trampın planları

Bölmə: Siyasət
2017-ci ildə milyarderlər tumançaq qaçacaq... -Rotşildlər və Trampın planları
III Dünya müharibəsi başlamayacaq, amma...


Moderator.az-ın bu günlərdə təqdim etdiyi “Ərdoğan dolları lirəyə, Soros isə qızıla dəyişir- Ümumdünya maliyyə fəlakəti” başlıqlı yazı (moderator.az/news/161484.html) oxucuların böyük marağına səbəb olub. Növbəti materialda isə sözügedən yazıda cavabsız qoyduğumuz bəzi suallara cavab tapmağa çalışcağıq. Araşdırmalardan bəlli olur ki, özünün də müsahibələrində etiraf etdiyi kimi, çox amoral, mənəviyyatsız bir dələduz xislətə malik Corc Sorosun qızıl yığması o dərəcədə təhlükəli deyil. Çünki ondan da amoral, qeyri-insani keyfiyyətlərə malik, ondan da bəlkə yüz dəfələrlə varlı bir transmilli klan- Rotşildlər dünyanın olan-qalan qızılını da öz əlində cəmləməkdədir. Bəlkə həmin Soros da qızılı elə Rotşildlər üçün toplayır? Elədirsə, Sorosun “Dekabrın 25-də köhnə dünyanı dəyişməyə başlayacağıq...” bəyanatını, deyəsən, ciddi qəbul etmək lazımdır...

Trampın prezident seçilməsindən sonra Amerika və dünya iqtisadiyyatı üçün maliyyə proseslərində həlledici rol oynayan və az qala, dünyanın Mərkəzi Bankı funksiyasını icra edən ABŞ-ın Federal Ehtiyat Sisteminin(FES) taleyi çox maraqlıdır. İqtisadçı-konspiroloqların gəldiyi nəticələr əsasında Trampın 2017-ci ildə prezident kürsüsündə əyləşdikdən sonra FES və dolların başına gələcəklər fonunda bəşəriyyətin taleyi ilə bağlı proqnozları oxucuların və xüsusən iqtisadçı-ekspertlərin müzakirəsinə buraxırıq:


1. Artıq gözlənildiyi kimi, prezident D.Tramp FES-in auditini-yoxlanışını səhnələşdirəcək. Bu da həmən Uoll-Strit(Nyu-York Fond Birjası) və bütün dünya birjalarını çökdürəcək. Birja bazarı öləcək. Neft fyuçerslərinin bazarı öləcək. Ancaq London metal birjası işinə davam edəcək.
2. Bir neçəsini çıxmaq şərti ilə dünya kommersya bankları biri-birinin ardınca iflasa uğradıqlarını elan edəcəklər.
3. Tramp ABŞ-ın Maliyyə Nazirliyinə təcili olaraq dolların emissiyasını başlatmağa göstəriş verəcək. Həmin dollarlar Fort-Noksdakı(ABŞ-ın mərkəzi qızıl anbarı) qızılın girovluğu altında qızılla təmin olunacaqlar.
4. FES-in ABŞ dollarının dəyəri ABŞ-ın qızıl dollarına nisbətdə sürətlə düşməyə başlayacaq.
5. ABŞ-ın Maliyyə Nazirliyi treceris(Amerika xəzinədarlığının qısamüddətli borc sənədi- veksel) üzrə ödəmələrin müvəqqəti dayandırıldığını bəyan edəcək.
6. Amerikanın qızıl dolları ilə müqayisədə bütün dünya valyutaları daha böyük sürətlə dəyərini itirəcək. Bunu başqa cür belə izah etmək olar. Qızılın bu gün FES-in buraxdığı dollarla müəyyən edilən qiyməti kəskin şəkildə qalxacaq. Amma alqı-satqı yalnız sənədlərdə aparılacaq. Gerçək qızıl satmaq istəyənlər çox az olacaq. Qızıl bütün dükanların piştaxtalarından itəcək. Eləcə də gümüş...
7. G7 ölkələri, Rusiya, Çin və BRİÇS üzvləri, eləcə də Avrasiya Birliyi ölkələri özlərinin qızılla təmin olunmuş milli valyutalalarını dövriyyəyə buraxdıqlarını bəyan edəcəklər. Göründüyü kimi, bu proses artıq başlanmaqdadır. Türkiyənin dollara qarşı savaş açması da bunun əlamətlərindəndir. Son dövrdə daha çox qızıl alan ölkələrlə maraqlansanız, görərsiniz ki, bunlar Çin, Rusiya və digər BRİÇS üzvləridir. Bu minvalla Beynəlxalq Valyuta Fondunun nəzarət paketi Rusiya və onun müttəfiqlərinin əlinə keçəcək.
8. Bütün baş verənlərin günahkarı FES rəhbərliyi və sonuncu “kəmiyyətcə yumşaltma” fırıldaqlarına(monetarist siyasət) əl qoyanlar elan ediləcək. Onillərlə uzanacaq təhqiqat başlanacaq.
9. ABŞ daxilində bütün şəxslərin əmanətləri dondurulacaq. Nağd dollarlar isə ABŞ vətəndaşları üçün güzəştli kursla, yalnız məhdud məbləğlərdə yeni buraxılmış nağd dollara dəyişdiriləcək. Eyni ilə 1998-ci ildə Rusiyada qısamüddətli dövlət istiqrazlarının batması zamanı baş verənlər Amerikada da təkrarlanacaq. Ancaq Rusiyadan fərqli olaraq atışma ilə. Amerikada əhalinin əllərində qanuni silahlar olmasını da nəzərə almaq lazımdır...
10. Bu ssenariyə uyğun olaraq ABŞ-da orta təbəqə yox olmalıdır. Orada artıq ötən yazılarımızda deyildiyi kimi, mümkün xalq üsyanlarına hazırdırlar. Konslagerlər də tikilib....
11. Baş verəcək xaosdan daha çox Avropa və xüsusən Ukrayna və Baltikyanı ölkələr əziyyət çəkəcək.. Və burada məlum olacaq ki, bəzi ölkələrdəki NATO taborları Rusiya hücumundan müdafiə olunmaq üçün deyil, yerli əhalinin kortəbii qiyamlarını yatırmaq, ABŞ-ın və elitanın maraqlarını qorumaq üçün lazımdır.
12. Səudiyyə Ərəbistanı və Qatar şeyxlərini də çox acınacaqlı tale gözləyir.
Karib hövzəsindəki milyarderlər tumançaq qaçacaq. Çünki Karib ofşor zonası öz mövcudluğunu itirəcək.



Trampın Ağ Evin başına keçməsindən sonra dünya maliyyəsinin başına gələcəklər təxminən belə olacaq. Proseslər göstərir ki, sadalananlar labüd olaraq 2017-ci ildə başlayacaq. Və Trampın birinci prezidentlik müddətinin sonuna - 2020-ci ilədək davam edəcək.

Hakimiyyyətə uyğunlaşdıqdan sonra Tramp və Rotşildlər ilk növbədə Amerikanın xarici borcuyla bağlı gizli danışıqlar aparacaqlar. Treceris üzrə ödəmələr əvəzinə ABŞ öz geosiyasi maraqlarıyla alver etməli olacaq. Bütün bunlar nəticəsində Tramp FES-i milliləşdirəcək və pul çap dəzgahını Amerika dövlətinə qaytaracaq. Əvəzində Rokfeller və digər transmilli oliqarx ailələri ABŞ FES-ə nəzarəti tam itirəcək. Və Amerika maliyyəsinə nəzarət mütləq şəkildə Rotşildlərin əlinə keçəcək. Çünki son məlumatlara görə, Fort-Noksdakı qızıl ehtiyatlarının 90 faizi Rotşildlərə məxsusdur. Və ABŞ dövləti dolları təmin etmək üçün super sələmçilərdən bu dəfə min tonlarla qızılla kredit götürməli olacaq...



Bəzi analitiklər guya gələn il III dünya müharibəsinin başlanacağını proqnozalaşdırırlar. Zənnimizcə və böyük ehtimalla onlar yanılırlar. Çünki ən sirli bank ailələrindən olan Rotşildlərin planlarından və kredolarından xəbərləri yoxdur. Rotşildlərin kredosu- qızıldır. Onların məqsədi maliyyə işlərində qızıl standartına qayıtmaqdır. Və bir faktı da bilmək lazımdır ki, nüvə savaşı ilə müşayiət olunacaq növbəti Dünya Müharibəsi də Rotşildlərin planlarına daxil deyil. Çünki böyük pullar sakitliyi sevir...
Sultan Laçın