www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Spiker: 'Elşən Musayev, əvvəla danışanda, bir az diqqətli ol...'


Spiker: 'Elşən Musayev, əvvəla danışanda, bir az diqqətli ol...'

Bölmə: Siyasət
Spiker: 'Elşən Musayev, əvvəla danışanda, bir az diqqətli ol...'
Milli Məclisin dekabrın 7-də keçirilən toplantısında turizmin inkişaf etdirilməsi mövzusu da diqqət mərkəzində olub.

Deputat: Turizm ölkənin ən yaralı yeridir

APA-nın xəbərinə görə deputatlardan Elşən Musayev deyib ki, turizm ölkənin ən yaralı yeridir.


“Turizmi bu vəziyyətdən çıxarmaq lazımdır. Turistləri ölkəyə cəlb etməliyik. Məsələn, dəfələrlə cənab prezident də AZAL-ın qiymətləri bahalaşdırması ilə bağlı iradlar səsləndirib. Biz AZAL-a dotasiya ayırırıq ki, qiymətlərdə endirim etsin. Əgər biz bunu etməsək, Azərbaycan turizm sahəsində Gürcüstandan qat-qat geri qalacaq”, deputat bildirib.

Oqtay Əsədov: Bu nə sözdür?

Ancaq E.Musayevin fikirləri spiker Oqtay Əsədovun sərt reaksiyası ilə qarşılaşıb.


“Elşən Musayev, əvvəla danışanda, bir az diqqətli ol. Necə yəni, ölkədə turizm inkişaf etməyib?!”, deyən spiker deputatı diqqətli olmağa çağırıb.

“Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalar. Bu nə sözdür? Azərbaycanda turizmin inkişafı başqa sözdür, turizmin daha da inkişaf etdirilməsinə mane olan amillər başqa sözdür. Azərbaycanda bu il regionlarda turist əlindən tərpənmək olmurdu. Görmürdünüz bunları?! Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?!”, spiker vurğulayıb.