www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » İlham Əliyev Donald Trump-a zəngi

İlham Əliyev Donald Trump-a zəngi

Bölmə: Siyasət
İlham Əliyev Donald Trump-a zəngi
Prezident İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpa zəng edib.

Bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, İlham Əliyev Donald Trumpı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.


Ölkə başçısının Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, əlaqələrin daha da möhkəmləndirilməsindən ötrü çox böyük potensialın mövcud olduğunu qeyd etdiyi bildirilir.

Buna da bax:​ Donald Trump-ın prezident seçilməsinə Azərbaycandan reaksiyalar- [VİDEO]

Mətbuat xidmətinin məlumatında ABŞ-ın yeni seçilmiş prezidentinin İlham Əliyevə minnətdarlığını bildirdiyi, onun haqqında çox xoş sözlər eşitdiyini söylədiyi qeyd edilir.

Bu il noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib. Həmin seçkidə Respublikaçılar Partiyasının namizədi Donald Trump qalib gəlib.