SON DƏQİQƏ

Saakaşvili baş nazir ola bilər – Gürcüstan parlamentinin deputatından AÇIQLAMA

Tarix:15-12-2017, 15:41

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna hakimiyyətinin ondan xilas olmaq üçün bütün vasitələrə əl atdığını deyib.

Modern.az-az saytı Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü, azərbaycanlı deputat Azər Süleymanovdan  Saakaşvilinin Gürcüstandakı tərəfdarları haqqında açıqlama alıb.

"Bu gün Gürcüstanda Saakaşvilinin minlərlə tərəfdarı var. Tərəfdaş olaraq onunla bağlı hər şeyə hazırıq. Saakaşvili Gürcüstanın qurucusu kimi tanınır.

5 il olar ki, Saakaşvili Gürcüstanda yoxdur. Ona görə də Gürcüstan 1990-cı illərə qayıtmağa başlayıb. Ölkədə səfalət hökm sürür.  Son zamanlar baş verənlər onu deməyə əsas verir ki, artıq Poroşenko Ukraynanı idarə edə bilmir. Ukrayna oliqarxların və kriminal aləmin ümidinə qalıb.

Ona görə də hazırda Ukrayna xalqının Saakaşviliyə ehtiyacı var. Demək olar ki, polisdən tutmuş əsgərə qədər hamısı Saakaşvilinin tərəfindədir. Bu bazar gününə 300-400 minlik aksiya gözlənilir. Belə başa düşürəm ki, Poroşenko dövləti, yavaş-yavaş idarəetməni itirməyə başlayıb. Bu, təkcə Saakaviliyə görə deyil. Çünki insanlar hər bir inqilabdan sonra yenilik olmasını istəyirlər. Avropa dövlətlərinin heç birində Ukraynada olan kasıblıq yoxdur. Mənə elə gəlir ki, Poroşenko artıq keçmişdə qalmağa başlayır.

Saakaşvili Ukrayna Konstitusiyasına görə prezident seçilə bilməz. Bunun da səbəbləri var. Sadəcə, Saakaşvili Ukraynanın baş naziri postunda dövləti idarə etməyə hazırdır. Bu gedişat da ona doğru aparır. İnanmıram ki, Poroşenko 2019-cu ilə qədər idarəetməni əlində saxlaya bilsin. Günü-gündən etirazlar artır”.

Deputat Saakaşvilinin həyat yoldaşından da söz açıb.

"Sandra Rulofs ali savadlı xanımdır. 2012-ci ilə qədər Gürcüstanın birinci xanımı kimi ölkənin quruculuğunda mühüm işlər görüb. Bu gün də həyat yoldaşının yanındadır. Saakaşvilinin nə qədər  haqlı olduğunu bilir”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ