SON DƏQİQƏ

Əli Kərimlinin bacanağı beynəlxalq axtarışa verildi

Tarix:15-12-2017, 15:10

Baş Prokurorluq dekabrın 14-də Rauf Hüseynov adlı şəxsin İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi haqda məlumat yayıb. Məlumatda bildirilir ki, onun barəsində CM-nin 320-ci (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya istifadə etmə) maddəsinin birinci və ikinci bəndləri ilə cinayət işi başlanıb. R.Hüseynov Azərbaycanda həyat yoldaşı Amaliya Seyidova ilə birlikdə polis idarəsinə çağrılması, şübhəli şəxs qismində dindirilməsi haqda saxta sənəd hazırlamaqda suçlanır.

R.Hüseynov hazırda Avropa ölkələrindən birində məskunlaşıb. Baş Prokurorluğun məlumatında iddia olunur ki, sənədlər də məskunlaşdığı ölkənin miqrasiya orqanlarına təqdim olunmaq üçün hazırlanıb.

Prokurorluğun məlumatında adları çəkilən şəxslər AXCP sədri Əli Kərimlinin qohumlarıdır – A.Seyidova baldızı, R.Hüseynov isə onun həyat yoldaşıdır.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ