SON DƏQİQƏ

Britaniya mətbuatı: İslam Əməkdaşlığı Təşkilatı niyə dünya səhnəsində sayılan güc deyil?

Tarix:15-12-2017, 13:28

İslam Əməkdaşlığı Təşkilatı niyə dünya səhnəsində sayılan güc deyil?

Tanınmış Britaniya jurnalisti Robert Fisk-in "The Independent" qəzetində dərc olunmuş məqaləsi "İslam Əməkdaşlığı Təşkilatı artıq dünya səhnəsində güc sayılmır" adlanır.

Fisk yazır ki, Donald Trump-ın Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanımaq bəyanatı uşaq hərəkətinə nə qədər bənzəyirsə, müsəlman ölkələrinin bu bəyanata cavabı da bir o qədər sadəlövh səslənir. Məqalədə deyilir ki, İstanbulda bu həftə keçirilmiş sammitdə yenə də "səslərini çox eşitdiyimiz yorğun və qoca liderləri görürdük".

"Onlardan heç biri Fələstinin qoca və "fərsiz" prezidenti Mahmud Abbasdan nə daha kədərli, nə də daha tutqun görünürdü" -məqalədə deyilir.

Fisk yazır ki, "İstanbul sammitində 57 dövlət başçısı olmalıydı, lakin onlardan bəziləri ya Əlcəzair prezidenti Buteflika kimi komatoz vəziyyətdədirlər, ya da Yəməni bombalayan başqa ərəb dövlətlərinə söyüş yağdırmaqla məşğuldurlar".

"Və əlbəttə, bir də onlar beynəlxalq icmanı Şərqi Yerusəlimi Fələstinin paytaxtı kimi tanımağa çağırıblar. Mövcud olmayan və belə getsə, heç vaxt mövcud olmayacaq bir dövlətin paytaxtı kimi…" -jurnalist yazır.

Fiskin fikrincə, hətta öz adını da artıq iki dəfə dəyişmiş bu təşkilat və onun "kollektiv avtokratiyası" öz xalqlarına nə ümid, nə təşəbbüs, nə ədalət, nə də gələcək vəd edir.

Məqalədə deyilir ki, Amerika bu liderlərin "cəsarətindən" qətiyyən narahat deyil. Fiskin fikrincə, müsəlman ölkələri ciddi görünmək istəyirdilərsə, Birləşmiş Ştatlara qarşı diplomatik, hətta zəif də olsa, neft boykotu elan etməli idilər.

"Belə şeyləri onlar vaxtilə ediblər" -Fisk yazır.

"Amma indi bu baş verməyəcək, - məqalədə deyilir, - Səudlar Yəməni bombalayırlar və Amerikanı yox, Qətəri boykot edirlər, Ruhani dövlət başçısı statusuna bir azca yaxın olsa da, iranlılar səudların Livanda nələr edəcəyini güdürlər… Qəsdlərdən, sükutdan və iqtidarsızlıqdan, etnik təmizləmə təhlükəsindən danışan Livan prezidentinin özü keçmiş generaldır, hərçənd onun nitqi İstanbul sammitindəki ən yaxşı çıxış idi. Mahmud Abbas isə daha yaxşı olardı ki, Trump-ın qərarını Beynəlxalq Məhkəməyə verəydi. Amma Fələstin liderləri o qədər əzvaydırlar (və korrupsiyalı) ki, belə bir cəsarət heç yuxularına da girməz" -Fisk yazır.

Fisk qeyd edir ki, "problem də bundan ibarətdir". Onun fikrincə, Trump kimi ABŞ prezidenti ilə bacarmaq üçün ərəb ölkələrinə ciddi və cavan adamlar - beynəlxalq hüquqşünaslar, vasitəçilər, təcrübəli diplomatlar lazımdır ki, Yaxın Şərqin xalqlarını müdafiə edə bilsinlər: "Yerusəlimə və işğal olunmuş ərazilərə dair ciddi BMT qətnamələri var, amma biz bu barədə heç nə eşitmirik…"

"Heç olmasa prezident Erdoğan bəyan edir ki, Vaşinqton bundan sonra vasitəçi ola bilməz. Yaxşı, bəs necə olsun? O ərəb deyil, üstəlik də öz ölkəsini yarımdiktatorluğa çevirib" -məqalədə deyilir.

"Həqiqət budur ki, müsəlman liderlərin daha etibarlılığı yoxdur" -Fisk yazır.

Onlar artıq heç kimi təmsil etmirlər. Doğrudur, onlar qarşıdan gələn həftələrdə nəzərlərini Moskvaya tərəf çevirə bilərlər. Amma Moskva da çar Rusiyası və Avstriya-Macarıstan İmperiyası qədər köhnəlib.

Müəllifin fikrincə, müsəlman liderlər olsa-olsa iflasa uğramış ölkələri təmsil edirlər, halbuki bütün müsəlman dünyası adından danışmalıdırlar. Axı bu təşkialt BMT-dən sonra əhalisinin sayına görə dünyada ikinci ən böyük icmadır.

"Bəlkə də kömək üçün Yaxın Şərqin alimlərinə üz tutmaq lazımdır? Amma onlar da bu məsələləri yalnız öz universitetlərində müzakirə edirlər. Onların da heç bir gücü yoxdur.

Fiks yazır ki, "məhz buna görə də biz indi faciə ilə üzbəüzük".

"Bu faciənin kökü bəlkə də Birinci Dünya Müharibəsinə gedib çıxır. Məhz bu müharibənin gedişində Osmanlı imperiyası çöküb, ərəblərsə öz torpaqlarına sahiblənə bilməyiblər…"

Putin və DonaldFotonun müəllifiAFP/GETTY IMAGES
Image captionMətbuat yazırt ki, Donald Trump Putinə "rəğbət bəsləyir".

Trump-ın ən çox xoşladığı liderlər: Putin və Erdoğan…

"Vox" jurnalı yazır ki, prezident Donald Trump öz hakimiyyəti üzərində heç bir nəzarəti sevmir, mətbuata onu tənqid edəcək qədər azadlıq verildiyini qəbul edə bilmir və Amerikanın dövlət təhlükəsizlik xidməti - FTB-nin şəxsən ona loyal olmasını tələb edir.

Onun bu keyfiyyətləri bir çox müşahidəçilərin onu Rusiya prezidenti Vladimir Putin və ya Türkiyə lideri Erdoğanla müqayisə etməsinə səbəb olub.

İndi isə "The Washington Post" qəzetində dərc edilmiş məqalədən görünür ki, bu bənzətmə bizim düşündüyümüzdən də real imiş. Məqalədə deyilir ki, ABŞ prezidenti bu avtoritarlara "yarımaşkar" şəkildə heyrandır.

Bu məqalə Trump-ın Rusiya baxışlarının diqqətlə öyrənilməsinin məhsulu təsirini bağışlayır.

Məqalə müəllifi öz yazısında Trump-ın adı çəkilməyən müşavirinə istinad edir.

Bu müşavir qəzetin müxbirinə Trump-ın hansı xarici liderləri bəyənməsinə dair qiymətli məlumatlar verib. Aydın olub ki, ABŞ prezidentinin ən çox xoşladığı üç prezidentin üçü də avtoritarlardır.

Qəzet yazır ki, söhbət Çin, Türkiyə və Rusiya prezidentlərindən gedir.

"Vox" müxbiri yazır ki, bu məlumat, Trump-ın özünü demokratik rejimdəki həmkarları ilə olduğundan, avtoritar liderlərlə daha rahat hiss etməsinə dair çoxdan dolaşan söhbətləri bir növ təsdiq etmiş olur.

O, prezident Xi ilə aralarında "böyük bir kimyanın" olmasından dəm vurub, iyul ayında Putini "şərəfli cənab" adlandırıb. Bunun müqabilində onun Almaniya kansleri Angela Merkel və Yaponiya baş naziri Şinzo Abe ilə görüşlərindən cəfəng fotolar və hegemonluq nümayiş etdirən əlsıxmalar yadda qalıb.

"Vox" müxbiri yazır ki, Trump-ın niyə avtoritarları bu qədər xoşlamasının səbəbi tam aydın deyil. Ola bilsin ki, o, zahiri güc və "kişiliyə" daha böyük önəm verir.

Aydın olanı budur ki, Trump özündən əvvəlki bütün ABŞ prezidentlərindən həqiqətən də fərqlidir.

Doğrudan da ABŞ liderləri ilə başqa demokratiyaları həmişə demokratik prinsiplərə bağlılıq birləşdirib. Bu prezidentlər avtoritar liderlərlə də işləyiblər və hətta dost da olublar, amma onların heç biri avtoritarlara Trump kimi "heyran" kəsilməyib.

Barnard College-dən avtoritarlıq araşdırmaları aparan professor Sheri Berman deyir ki, Trump-ın avtokratik xasiyyətləri bəlkə də biznes dünyasında məqbul sayıla bilər, lakin siyasət aləmində ciddi problemlərə səbəb olur.

"O, özünə qarşı bütün müxalifət formalarının, hətta tənqid mənbələrinin məhv edilməsini istərdi" -professor Berman deyib.

"Bu bir azca narahatlıq yaradır" - yazır "Vox".

Runners on the road
Image caption71 yaşlı kişi qaçış üzrə "dünya rekordu" vurub

71 yaşlı kişi qaçış üzrə "dünya rekordu" vurub

"Metro" qəzeti yazır ki, ABŞ-ın Iowa ştatından 71 yaşlı Gary örtülü zalda 1 mil (1, 6 kilometr) məsafəyə qaçışda dünya rekordu vurub.

Bundan əvvəl 70-74 yaşlılar kateqoriyasında qaçış rekordu son 30 ildə dəyişməz olaraq qalırdı.

Gary bu məsafəni 5 dəqiqə 32 saniyəyə qaçıb.

Metro yazır ki, Gary bundan əvvəl qaçış üzrə bir çox başqa rekordlar da vurub, lakin o bəxtini örtülü zalda da sınamağı qərara alıb.

Gary Runners World jurnalına deyib ki, o, qaçışla hər üç gündən bir məşğul olur və bundan başqa idman təmrinlərini də yerinə yetirir.

"Mən hər səhər 30-40 dəqiqə idman edirəm" -rekordçu deyib.

"Metro" bir az da zarafata salır: "Bəlkə bərk qaçmağın sirri elə az-az qaçmaqdadır?"Britaniya mətbuatı: İslam Əməkdaşlığı Təşkilatı niyə dünya səhnəsində sayılan güc deyil?

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ