SON DƏQİQƏ

Fazil Mustafa ilə Bəxtiyar Hacıyev arasında söyüş polemikası- DEPUTATDAN GÖZLƏNİLMƏZ SÖZLƏR

Tarix:9-06-2020, 11:39

Karantin rejimini pozan vətəndaşlara qarşı polisin sərt tədbiri cəmiyyəti ikiyə bölüb. Sosial şəbəkə fəalları və müxalif kəsim polisin mənzillərə girərək, vətəndaşları evindən paltarsız çıxarması isə sərt tənqidə səbəb olub.

Bu arada deputat Fazil Mustafa özünün sosial şəbəkə hesabında status yazaraq, polisə qarşı aparılan kampaniyanı pisləyib:

"Azərbaycan polisinin başına zibil tökənləri dəstəkləyən it sürüsünün başında Bəxtiyar Hacıyev kimilər durur. Azərbaycanın sağlam düşüncəli vətəndaşları heç vaxt bu hərəkətə haqq qazandırmaz. Polisin əməlində qanunsuzluq varsa, bunu söyləmək, şikayət etmək, qanunsuz əmələ görə cəzalandırılmasını tələb etmək olar. Ancaq bunlar bilərəkdən başlanğıc hadisəni gözardı edərək guya insan haqlarını qoruduqlarını bəyan edərək sosial şəbəkədə dövlətə qarşı, polisə qarşı itaətsizliyi təbliğ edirlər. Bunlara qarşı bu gün dirənişimizi göstərməsək, inanın ki, sabah bu dövlətdən əsər-əlamət qalmayacaq. Karantin qaydalarında azca güzəştli davranılsa bu məmləkət xaosa sürüklənəcək”.

Deputatın bu qeydinin altında isə siyasi fəal Bəxtiyar Hacıyev tənqidi fikir yazıb:

”Polisin girib kiminsə evində uşaqlarının qarşısında çılpaq aparmasını, qadın vətəndaşa "dovşansınız siz” deməsini də dəstəkləyəsiniz bəlkə? Day keçib, onu da edin, bitsin. Sürü də, dovşan da elə sizin kimi hər haqsızlığa haqq qazandırmağa çalışanlardır”.

Sosial şəbəkədəki bu polemika sonrada Fazil Mustafanın Hacıyevə mesaj yazması ilə nəticələnib.

Gununsesi.org-un xəbərinə görə, təhqir ifadəsinin yer aldığı mesajda deputat gənci "it küçüyü” adlandırıb. Bu mesajı ictimailəşdirən gənc fəal deputatın sözlərinin onun üçün gözlənilməz olduğunu deyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ