www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » “Bu il sınaq ilidir” - İlham Əliyev

“Bu il sınaq ilidir” - İlham Əliyev

Bölmə: Siyasət
“Bu il sınaq ilidir” - İlham Əliyev
2016-cı il iqtisadi sabitləşmə ili kimi tarixdə qalacaq.
Bu fikiri Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində söylədiyi nitqi zamanı səsləndirib.

Dövlət başcısı qeyd edib ki, keçən il və bu il Azərbaycan üçün sınaq ili olub:

“Çünki dünya iqtisadiyyatı hələ ki, böhran içindədir. Neftin qiyməti üç-dörd dəfə aşağı düşmüşdür. Ona görə, əlbəttə ki, bu, bizim üçün böyük bir sınaq idi. Ancaq biz bu sınaqdan şərəflə çıxırıq. Biz bu müddət ərzində görürük ki, cəmiyyət daha da sıx birləşib, həmrəylik daha da artıb. Bizim siyasətimizə daha da böyük dəstək görürük. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır, gücləndirir və yeni işlər görməyə sövq edir. 2016-cı il iqtisadi sabitləşmə ili kimi tarixdə qalacaq. Gələn ildən isə bizim uğurlu iqtisadi inkişafımız davam edəcəkdir”.