SON DƏQİQƏ

Britaniya mətbuatı: Putinə meydan oxuyan eston millət vəkili kimdir?

Tarix:13-12-2017, 14:52

"Express" yazır ki, Estoniyanın millət vəkillərindən Eerik-Niiles Kross-u vətənində James Bond kimi tanıyırlar. O, ölkə kəşfiyyatının keçmiş başçısıdır və hazırda TRUSTCORP özəl təhlükəsizlik firmasına sahibdir.

Kross NATO müttəfiqlərinə müraciət edərək, onları "Vladimir Putinin ekspansionist ambisiyalarının nazı ilə az oynamağa çağırıb".

Onun fikrincə, cənab Putin suveren əraziləri ona görə işğal edir ki, Qərbin "yumşaq" olduğunu bilir.

"Qərbin güclü reaksiyası belə olmalıydı: Krımda birinci balaca yaşıl adam görünən kimi Putinə zəng edib demək lazım idi ki, "Sənin ordan rədd olmaq üçün 24 saat vaxtın var. Mənim 6-cı donanmam artıq ora gəlir" -millət vəkili deyib.

"Ona demək lazım idi ki, donanmanı götür, Sevastopoldakı bazanı yığışdır və..." - ardınca millət vəkili söyüş söyür.

Cənab Kross Səddam Hüseyn devriləndən sonra İraqda ABŞ Koalisiyasının Keçid Hakimiyyətində iştirak edib.

Kross 2008-ci ildə Rusiya hücum edəndə Gürcüstanda olub və rəsmi Tbilisiyə əks-təbliğat işində kömək edib.

Rusiya onun həbsinə order verib və Kross yalnız Birləşmiş Ştatlara diplomatik biznes səfərlərinə gedə bilir.

Eerik-Niiles Kross bundan əvvəl 1994-cü ildə Boris Yeltsini Rusiya qoşunlarını Estoniyadan çıxarmağa inandıran nümayəndə heyətinin üzvü olub, lakin bu gün də bu qoşunların Estoniyaya qayıtmağa hazır olduğu barədə xəbərdarlıqlar verir.

O deyib: "Putin üçün başlıca sual budur ki, hansısa bir işi görəndən sonra cəzasız qala bilər, ya yox?"

"O, inadkarlıqla sərhədlərini genişləndirir, hava məkanlarını pozur, yeri gəldi-gəlmədi Qərbi və NATO-nu ittiham edir" -Kross deyir.

"O, Gürcüstanda da belə etdi və cavabını verən olmadı. Krıma girəndə bilirdi ki, ona heç nə olmayacaq və olmadı da. Buna görə də Ukraynanın şərqinə girişdi".

Cənab Kross inanır ki, Qərb Putini lazımınca dəyərləndirə bilməyib və onun 2014-cü il Krım təcavüzündən sonra Qərbin heç bir planı yoxdur.

Estoniyalı deputat inanır ki, Obama "hərbi variant masa üstündə deyil deməklə" əslində geri çəkilib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü Qərbin heç cür qulaqardına vura bilməyəcəyi həyəcan təbili olmalıydı.

Kross deyib: "NATO-nun sərhədi qırmızı xətt olmalıdır. İndi bizim Baltikada Almaniya tankları təlim keçir. Bu, böyük dəyişiklikdir və çox mühümdür".

Onun qənaətinə görə, cənab Putini yalnız hərbi hədə ilə qorxutmaq olar.

"Putin nitq və bəyanatları oxumur, o, gözlə gördüyünü, hərəkəti başa düşür. O, həbsxana kamerasındakı xuliqan kimidir. Gözləyir ki, kameraya yeni gətirilən məhbusa evdən gələn payı əlindən alsın. Məsələ bu qədər bəsitdir" -Kross deyib.

Soçi OlimpiadasıFotonun müəllifiGETTY IMAGES
Image captionRusiyanın Soçi Olimpiadasında idmançılarına dopinq verdiyi iddia edilir

"Dopinqdən istifadə etməyən ölkə yoxdur, amma Rusiyanı cəzalandırırlar"

Rusiyanın bu günlər gen-bol tənqid edilən baş nazir müavini və keçmiş idman naziri Vitali Mutko "The Independent" qəzetinə verdiyi müsahibədə etiraf edir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) hamıdan çox onu gözümçıxdıya salmasından dilxordur. Onu bildirir ki, belə fırtınalara və çətinliklərə az düşməyib, amma nəyə görəsə üzr istəmək fikrində deyil.

O etiraf edir ki, Rusiya idmanında dopinq olub, amma məhz Rusiyanın buna görə cəzalandırılmasında "geosiyasət sağlam düşüncəyə qalib gəlib".

Mutkonun sözlərinə görə, Rusiyada dopinqdən heç də başqa ölkələrdə olduğundan çox istifadə etməyiblər.

O deyir ki, Rusiyada dopinq qalmaqalına məsul olanların hamısı vəzifələrindən uzaqlaşdırılıb. Mutko israr edir ki, Rusiyada dövlət tərəfindən maliyyələşdirilən dopinqləmə sistemi olmayıb və BOK-un Rusiyanın 2018-ci il Qış Olimpiadasında iştirakını qadağan etməsinə heç bir əsas olmayıb.

Mutko müxbirdən xahiş edir ki, "bizim indi guya panikada olduğumuzu yazma, çünki biz panikada deyilik və biz bu qərara hazır idik".

İncidiyi hiss olunsa da, Mutko prezident Putinin BOK-un qərarına reaksiyası barədə danışmaq istəmir. Eləcə deyir ki, "prezident idmana çox bağlı adamdır və ölkənin bu sahədə fəal olmasdını istəyir".

Mutko siyasətə Vladimir Putinin Sankt Peterburqundan gəlib. O, əvvəlcə siyasətçi yox, dənizçi olub. Onun əsl karyerası Sankt Peterburq meri Sobçakın müavini vəzifəsinə dəvət ediləndən başlanıb. Mutkonun Putinlə həmkarlığı da ordan start götürüb.

"The Independent" yazır ki, Mutko Putin hökumətində uğurlu idman naziri olub. Bu sahəyə böyük investisiyalar onun vaxtında yatırılıb.

Amma onun karyerasındakı yüksəklər çox yüksək, alçaqlıqlar çox alçaq olub. 2010-cu ilin Vankuver Qış Olimpiadasında Rusiya cəmi 15 medal qazana bilmişdi. Bu, Ruisiyanın tarixində ən pis göstərici idi. Sonradan bəlli olmuşdu ki, nazir səhər yeməyi üçün dövlət kisəsindən 5 min dollar xərcləyib. Ardınca Şarapovanın meldonium qalmaqalı gəlib. İndi də bu. Dopinqə görə bütün Rusiyanın Olimpiadada iştirakı qadağan edilib.

Amma hər dəfə Putin stajlı həmkarına mərhəmət göstərib. Mutko "boynunun vurulacağının" gözləndiyi bir vaxtda, əksinə baş nazirin müavini vəzifəsinə yüksəlib.

Lakin Rusiya ictimaiyyəti prezidentdən fərqli düşünür. Son internet sorğusunda rəyi soruşulan rusiyallıların 90 faizi Mutkonun vəzifədən getməli olduğu qənaətindədir.

Mutko vəzifədə qalmasını normal hesab edir.

"Elə bilirsiniz ki, məni işdən çıxartsaydılar, problemlər həll olunacaqdı? Bizim idmançıları yarışlardan çıxarmayacaqdılar?" -Mutko deyir.

Lakin Rusiya antidopinq laboratoriyasının keçmiş başçısı, indi isə dopinq sirlərini faş edərək ABŞ-a qaçaq düşmüş Qriqori Rodçenkov "The New York Times" qəzetində dərc edilmiş gündəliklərində yazır ki, 2010-cu ilin uğursuz Vankuver Olimpiadasından sonra hər şey dəyişib. Rusiyada idmançıların dopinqlənməsi hökumət səviyyəsində həyata keçirilməyə başlayıb.

Rodçenkov deyir ki, o, məxfi xidmətlərin tapşırığı ilə idmançıların sidik nümunələrini dəyişdirib, idmançılar üçün "radara düşməyən" dopinq kokteylləri hazırlayıb.

Mutko Rodçenkov barədə suallara cavab vermək istəməyib. Eləcə deyib ki, onu nazir olanlar daha yaxşı başa düşərlər. Bir idman naziri kimi başını qaşımağa vaxtı olmayan zamanlarda o, kimyaçı Rodçenkovla hər gün necə görüşə bilərdi?

Buna baxmayaraq, BOK Rodçenkovun əksər iddialarını təsdiq edib.

Mutko isə deyir ki, Rodçenkova inanmaq olmaz, çünki o, bütün "sübutları" özü də qondara bilərdi.

Baş nazirin müavini deyir ki, öz mövqeyini hətta Britaniya məhkəməsinin qarşısında da müdafiə etməyə hazırdır.

Mutko üzr istəməsi üçün heç bir səbəb görmür.

"Məni düzgün başa düşün. Heç bir idmançıya onun razılığı olmadan dopinq vermək olmaz" -baş nazirin müavini deyir.

kişiFotonun müəllifiGETTY IMAGES
Image caption160 qadının iştirakı ilə aparılmış yeni eksperiment qadınların bir qayda olaraq Herakl tipli kişi vücudlarına cəlb olunduqlarını göstərib.

Qadınlar niyə kişilərdə əzələli bədəni, amma zərif üzü xoşlayırlar?

"The Guardian" yazır ki, qadınlar, kişilərdə nəhəng əzələ axtarmadıqlarını deyirlərsə, deməli sizə qarşı sadəcə nəzakətli davranırlar.

160 qadının iştirakı ilə aparılmış yeni eksperiment qadınların bir qayda olaraq Herakl tipli kişi vücudlarına cəlb olunduqlarını göstərib.

Avstraliyadakı Queensland ştatının Griffith Universitetindən baş mühazirəçi Aaron Sell deyir ki, nəticə alimləri təəccübləndirməyib, onları təəccübləndirən fiziki baxımdan güclü kişilərin cazibə qüvvəsinin bu qədər çox olması olub.

"Biz bir qadın da tapmadıq ki, zəif, qadın vücudlu kişilərdən xoşlansın" -professor deyir.

Bundan əvvəl aparılmış araşdırmalardan belə çıxırdı ki, fiziki güc ilkin mərhələrlərdə cazibədar olsa da, getdikcə bu cazibəni başqa faktorlara uduzur. Lakin indi belə baxışın yanlış olduğu üzə çıxıb.

California Dövlət Universitetinin təkamül psixoloqu Aaron Lukazsweski deyir ki, belə yanaşma tamamilə başa düşüləndir. Hələ qədim zamanlardan güclü kişilər ovçuluqda, uşaqlarını qorumaqda və daha çox qida gətirməkdə başqalarından üstün idi və bu, ailənin salamat qalması üçün mühüm faktor sayılırdı.

Bununla yanaşı, "Proceedings B" elmi jurnalında dərc edilmiş məqalədə deyilir ki, güclü kişilər çox maddi nemətlər əldə edə bilsələr də, bunu ailəyə tam investisiya etməkdə daha zəif kişilrədən geri qalırlar.

Lukazsweski deyir ki, güclü kişilərin cazibədarlığını isbat edə biməyən bütün əvvəlki araşdırmalarda sadə bir səhvə yol verilib. İştirakçı qadınlara real fotoları yox, rəssam tərəfindən çəkilmiş şəkilləri göstəriblər.

Son araşdırmada 160 qadına kişi bədənlərinin fotoları göstərilib, lakin bu fotolarda baş hissə görünmürdü. Fotoların bir qismində universitet tələbələrinin, digər qismində isə idmanla məşğul olan kişilərin bədənləri görünürdü.

Qadınların əksəriyyəti əzələli bədənləri bəyəndiklərini bildirib.

Burası da maraqlıdır ki, bəzi idmançı bədənləri normal çəkisindən artıq görünsə də, qadınlar tərəfindən bəyənilib.

Lukazsweski-nin fikrincə, bu o deməkdir ki, güclü kişi bir azca gombul olsa da, cəlbedicidir.

İndi alimlər qrupu diqqəti başqa ziddiyyətə yönəltmək istəyir. Güclü kişi bədənlərinə üstünlük verən qadınlar, görəsən niyə üzdən qadına oxşayan kişilərə üstünlük verirlər. Bax bu, doğrudan da maraqlı ziddiyyətdir.

"Belə görünür ki, qadınlar sifətləri fərqli şəkildə təhlil edirlər, - Sell deyir, - Biz bunun niyəsini öyrənmək istəyirik".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ