SON DƏQİQƏ

ABŞ Dövlət katibi: "Şimali Koreya ilə ilkin şərtsiz danışıqlara hazırıq"

Tarix:13-12-2017, 14:36

ABŞ Şimali Koreya ilə ilkin şərtlər olmadan "istənilən vaxt danışmağa hazırdır", dövlət katibi Rex Tillerson deyib.

Rəsmi Vaşinqton indiyə kimi danışıqlar üçün başlıca şərt kimi Şimali Koreyanın silahsızlaşdırılmasını tələb edirdi.

Şimali Koreyanın nüvə silahı texnologiyası ilə məşğul olmasına görə ABŞ bu ölkəyə qarşı ağır sansksiyalar tətbiq edib.

Ayrıca, bu günlərdə Pyongyanqa rəsmi səfər edən BMT diplimatı Jeffrey Feltman jurnalistlərə deyib ki, Şimali Koreya rəsmiləri "bunu müharibənin qarşısını alan vacib factor" sayırlar.

Dekabrın 12-də Atlantik Şuranı siyasi forumunda Rex Tillerson deyib ki, ABŞ "sadəcə, nüvə ilə silahlanmış Şimali Koreyanı qəbul edə bilər".

ABŞ-ın gələcək danışıqları ilə bağlı Rex Tillerson deyib ki, onlar nədən istəsələr, danışa bilərlər: "Gəlin görüşək və havadan danışaq, əgər istəyrisizsə, dəyirmi, ya kvadrat masa arxasında oturaq və danışaq".

"Biz bir yol xəritəsi hazırlaya və işləyə biləcəyimizi göstərə bilərik", -dövlət katibi deyib.

Ancaq o vurğulayıb ki, bunun üçün hər hansı raket sınağı aparılmayan "sakit dövrün" olması vacibdir.

ballistik raketFotonun müəllifiGETTY IMAGES
Image captionKim Jong deyib ki, Şimali Koreyanın "Hwasong-15" qitələrarası ballistic raketi "böyük tarixi qələbə"dir.

Rex Tillerson əlavə edib ki, diplomatik və iqtisadi sanksiyalar "ilk cəlbedici ideyaya qədər" davam edəcək.

Bununla belə, ABŞ hələ də təkid edir ki, Pyongyanq-ın əsas iqtisadi müttəfiqi Çin Şimali Koreyanın yanacaq təchizatını dayandırsın.

Onun bu şərhindən bir neçə saat sonra Ağ Ev bəyan edib ki, prezident Donald Trump-ın Şimali Koreyaya baxışları "dəyişməyib".

Şimali Koreyanın rəhbəri Kim Jong müharibə sənayesi konfransında bildirib ki, ölkəsi "dünyada ən güclü nüvə və hərbi dövlətdir", yerli media xəbər verib.

Kim Jong çıxışında Şimali Koreyanın "Hwasong-15" qitələrarası ballistic raketi "böyük tarixi qələbə" kimi qələmə verib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ