SON DƏQİQƏ

Dövlət Departamenti Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar barədə məlumat verib

Tarix:13-12-2017, 14:15

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmilərindən biri bildirib ki, administrasiya Moskvanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsi ilə bağlı Rusiyanın nüfuzlu rəsmilərinə və biznesmenlərinə qarşı yeni sanksiya tədbirlərinin müəyyənləşdirilməsini nəzərdə tutulmuş son müddət – fevral ayınadək başa çatdıracaq.

Dekabrın 12-də dövlət katibinin Avropa və Avropa işləri üzrə müavini Wess Mitchell-in bu bəyanatından əvvəl Donald Trump-ın bu ilin əvvəllərində Konqres tərəfindən qəbul edilmiş sanksiyaları tətbiq edəcəyinə dair şübhələr yaranmışdı.

Bunun üçün oktyabr ayına qoylmuş son müddət keçdikdən sonra respublikaçı və demokrat senatorlar Maliyyə Nazirliyinə və Ağ Evə tədbirin nəhayət həyata keçirilməsi üçün təzyiq göstərməyə başlayıblar.

Sanksiyaların tətbiq edilməsi üçün növbəti son möhlət fevralın 2-də bitir. O vaxtadək ABŞ Maliyyə Nazirliyi sanksiyaların tətbiq ediləcəyi Rusiya rəsmilərinin və biznesmenlərinin siyahısını müəyyən etməlidir. Bu tədbirlərə sözü gedən şəxslərin bank köçürmələrinin, daşınmaz mülkiyyət sövdələşmələrinin və başqa təsisatlarının məhdudlaşdırılması daxildir.

Senatın Xarici Əlaqələr Komitəsi qarşısında çıxış edən Mitchell deyib ki, Trump administrasiyası deyilən tədbirlərin icrası vədinə sadiq qalır.

Amerikanın Rəqiblərinin Sanksiyalarla Önlənməsi aktı (Countering America's Adversaries Through Sanctions Act ) adlı yeni qanunvericilik sənədi habelə Avropada iş görən enerji şirkətlərini, məsələn Rusiyanın Şimal axını-2 sualtı kəmər layihəsini təsirləndirə bilər.

Mitchell senatorlara deyib ki, o, bu kəmərin tikintisinin Avropanın enerji təhlükəsizliyi üçün müdrik bir qərar olmadığına inanır. Onun sözlərinə görə bu kəmər Rusiyanın Avropaya qaz ixracatının 75 faizinin bir kəmərə yükslənməsini nəzərdə tutur.

Mitchell deyib ki, "bu kommersiya yox, siyasi layihədir”.

O əlavə edib ki, Almaniyanın bu layihəyə dəstəyinin davam etdirilməsi kəmərin gələcəyi üçün həlledici amildir. Lakin Angela Merkelin hələ tam formalaşmamış yeni hökumətinin bu lahiyəyə münasibəti aydın deyil.

Mitchel bildirib ki, enerji təhlükəsizliyi baxımından Almaniyanın bu məsələdəki mövqeyi yanlışdır. Dövlət katibinin müavini deyib ki, Almaniyanın bu mövqedə qalması başqa Avropa və NATO müttəfiqlərinə həm maliyyə, həm də geosiyasi ziyan vura bilər.

Mitchel eyni zamanda Ukrayna prezidenti Petro Poroşenkonun enerji bazarını tənzimləyən islahat siyasətini, ələlxüsus da təbii qaz təchizatları və kəmər tranziti üçün yeni tarifləri təqdir edib.

Lakin o əlavə edib ki, Ukrayna xüsusilə də dövlət Naftoqaz şirkətindəki islahatları davam etdirməlidir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ