www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » İrəvan işğal altında

İrəvan işğal altında

Bölmə: Siyasət
İrəvan işğal altında
Rus publisist İrəvanın ikiqat işğal altına düşməsindən yazdı

Təklənmiş Ermənistan Azərbaycanın qarşısına nə ilə çıxa bilərdi?

İrəvandan gələn xəbərləri düzgün anlamaq üçün yada salmaq lazımdır ki, bu ölkə ikiqat işğal altındadır - Qarabağdan gəlmiş səhra komandirlərinin və Moskvanın işğalı altında.


ANS PRESS-in məlumatına görə, bu sözlər rus publisist və dramaturq Vladimir Qolışevin «Azadlıq» radiosunun rus redaksiyasının saytında dərc olunmuş "Tanınmamış Ermənistan" məqaləsində yer alıb.

"Bir dövlət kimi Ermənistanın öz maraqları nəinki nəzərə alınmır, nəsə onlar heç mövcud deyil".
"Bir dövlət kimi Ermənistanın öz maraqları nəinki nəzərə alınmır, nəsə onlar heç mövcud deyil. Daha doğrusu, onlar Rusiyada "mənəvi təsdiq" sayılan anlayışlara - keçən əsrin 90-cı illərinin əvvəlində Qarabağda erməni silahının qələbəsinə görə iftixara və yüz il qabaq həlak olmuş soydaşların matəminə qurban verilir",- deyə müəllif davam edir.

Vladimir Qolışevin fikrincə, bu «iftixar» və «matəm» Ermənistana yoxsulluq, beynəlxalq təcrid, yaxın qonşularla əməkdaşlıqdan imtina və Rusiya ilə sırf müstəmləkə münasibətlərindən başqa heç nə vəd etmir: "Aprelin əvvəlində baş vermiş "dördgünlük müharibə" özünəməxsus "soyuq duş" rolunu oynamaya bilməzdi. Ermənistan Rusiyadan və KTMT-dən nə siyasi, nə də diplomatik dəstək ala bilmədi. Hərbi yardımdan isə danışmağa dəyməz! Bundan başqa, "hərbi müttəfiqlər" tam heyətlə Azərbaycanı dəstəklədilər».

Məqaləyə görə, Rusiya tərəfi elan etdi ki, Azərbaycana Ermənistana göndəriləndən 15 dəfə çox həcmdə ən yeni silahlar vermək niyyətindədir: "Rusiya diplomatiyası Bakıya üstünlük verdi. Lavrov dərhal ora uçdu. Məhz Əliyevin ünvanına çox saylı təriflər və əbədi dostluq andları səsləndirildi. İrəvan ilə heç kim maraqlanmaq istəmədi. O (İrəvan - red.) nə edə bilər ki? Bütün bunlar təbii ki, 1999-cu ildən hakimiyyəti əldə saxlayan "Qarabağ qruplaşmasının" xarici siyasi kursunun tənqidinə səbəb olmaya bilməzdi".

"Rusiya diplomatiyası Bakıya üstünlük verdi. Lavrov dərhal ora uçdu. İrəvan ilə heç kim maraqlanmaq istəmədi".
Müəllif Ermənistanda son günlərdi Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı başlanmış kampaniyaya da toxunub: «Əgər Dağlıq Qarabağın dövlət müstəqilliyi rəsmi səviyyədə tanınsaydı, bu, Ermənistan üçün fəlakət olardı. Ordusunun sayına və silahıqna görə yetərincə üstün olan, çox sayda müttəfiq və hətta həmrəylərə malik Azərbaycan hücumların davam etdirilməsi üçün betonlaşmış əsas əldə edərdi. Təklənmiş Ermənistan Azərbaycanın qarşısına nə ilə çıxa bilərdi?".

Məqalə Ermənistandan ciddi maraq doğurub. Bir sıra erməni portalları məqaləni erməni dilinə tərcümə edərək ölkənin real vəziyyətini işaqlandırıblar.