www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Dolların üzərindəki şəkil dəyişdirilir

Dolların üzərindəki şəkil dəyişdirilir

Bölmə: Siyasət
Dolların üzərindəki şəkil dəyişdirilir
Bu barədə ABŞ-ın maliyyə naziri Ceykob Lyu açıqlama verib.

20 dollar əskinaslarının üzərində ABŞ-ın 7-ci prezidenti Endrü Ceksonun portreti dəyişdiriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Ceykob Lyu bildirib.

Dollar əskinaslarının başlıca dizaynı 1928-ci ildə təsdiqlənib.
Müasir dolların yaradıcılarından olmuş Ceksonun portreti quldarlığa qarşı mübarizə aparmış abolisionist qadın Qarriet Tabmenin portreti ilə əvəz olunacaq.

Yeni əskinasların 2020-ci ildən dövriyyəyə buraxılması nəzərdə tutulur. 2020-ci ildə ABŞ Konstitusiyasında qadınılara səs hüququ verən 19-cu düzəlişin 100 illiyi qeyd ediləcək.

"Mən bildirməyə şadam ki, 100 illik dövr ərzində ilk dəfə olaraq əskinasda qadın portreti olacaq - 20 dollar əskinaslarının üzərində Qarriet Tabmen olacaq", - deyə maliyyə naziri Ceykob Lyu bildirib. Ceykob Lyu həmçinin 5 və 10 dollar əskinaslarının dəyişdiriləcəkləri haqqında informasiyanı təsdiq edib.

Hazırda mövcud olan dollar əskinaslarının başlıca dizaynı 1928-ci ildə təsdiqlənib. Əskinaslarda ABŞ-ın dövlət xadimlərinin portretləri əks olunur: ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun portreti 1 dollarlıq əskinası, üçüncü prezident Tomas Cefferson 2 dollarlıq, ABŞ-ın 16-cı prezidenti Şimal Cənub müharibəsinin qalibi Abraam Linkoln 5 dollarlıq, ABŞ-ın əsasını qoyanlardan olmuş və ilk maliyyə naziri Aleksandr Hamilton 10 dollarlıq, ABŞ-ın yeddinci prezidenti və müasir dolların yaradıcılarından olmuş Endrü Cekson 20 dollarlıq, ABŞ-ın 18-ci prezidenti və vətəndaş müharibəsinin qəhrəmanı Uillis Qrant 50 dollarlıq, alim, publisist və diplomat Benjamin Franklin 100 dollarlıq əskinasda əks olunub.

1864-cü ildə ABŞ Konqresinin qəbul etdiyi qanuna əsasən Amerika valyutası üzərində sağ olan bir şəxsin portretinin dərc edilməsi qadağan edilib. Əskinasın əks üzündə isə ABŞ tarixini əks etdirən və ölkənin simvolu hesab olunan tarixi məkanlar təsvir edilib.

Kifayət qədər az rast gəlinən 2 dollarlıq əskinaslarda Müstəqillik Deklarasiyasını imzalayan qəhrəmanların birgə durduğu məkan, 5 dollarlıq əskinaslarda Linkolnun Vaşinqtonda yerləşən Memorialı, 10 dollarlıqda ABŞ Maliyyə Nazirliyinin binası, 20 dollarlıqda Ağ Ev, 50 dollarlıqda Kapitoliy, 100 dollarlıq əskinasda isə ABŞ Müstəqillik Bəyannaməsinin imzalandığı “İndependens Holl” (İstiqlal Qülləsi) təsvir edilib.