www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Vladimir səndən fərqli olaraq... Barak Obama

Vladimir səndən fərqli olaraq... Barak Obama

Bölmə: Siyasət
Vladimir səndən fərqli olaraq... Barak Obama
Obama Putinlə görüşündəki bəzi məqamlardan danışıb

Məqalənin çox açıq şəkildə yazılması Rusiya prezidentini təəccübləndirib.

Jurnalistlər üçün Toner mükafatının təqdim etmə mərasimində ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə mətbuat azadlığı barədə müzakirə aparmasından bəhs edib. ANS PRESS-in məlumatına görə, bu barədə “New York Times” xəbər verib.

Obama prezident kampaniyasını "sirk"ə çevirdiyinə görə, siyasətçi və jurnalistləri tənqid edib.
O, deyib ki, Putinə Amerika nəşrində gedən məqalələrdən birini oxuyub. Rusiya prezidenti isə məqalənin açıq şəkildə yazılmasına təəccüblənib. Obama Rusiya liderindən fərqli olaraq məqalə nəşr ediləbə qədər redaktə etmədiyini qeyd edib.

Robin Toner adına jurnalist mükafatının təqdim etmə mərasimində Obama prezident seçkiləri kampaniyasını sirkə çevirdiyinə görə, amerika siyasətçilərini və jurnalistləri tənqid edib.

Prezident “Atlantic”dən olan jurnalist Djefri Qoldberqin bütün dünyada güclü rezonans doğurmuş Vaşinqtonun xarici siyasət doktrinasına həsr edilmiş böyük məqaləsini yada salıb.

Məqaləyə görə, Obama ABŞ müttəfiqlərini xüsusən Səudiyyə Ərəbistanı və Böyük Britaniyanın baş naziri Devid Kemeronun ünvanına kifayət qədər kəskin fikirlər söyləyib. Məhz bu məqalə haqqında yaxın vaxtlarda Barak Obamanın rusiyalı həmkarı Vladimir Putin arasında danışıq olub.

"Görünür, cənab Putini yazının açıq tonu təəccübləndirib", - deyə nəşr vurğulayıb. Sonda Obama təbəssümlə elan edib ki, o Putinə cavab verib: "Vladimir səndən fərqli olaraq, mən məqalələri onların nəşrinə qədər redaktə etmirəm".


2013-cü ilin yayından bəri ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında ilk ikitərəfli görüş keçən ilin sonlarında keçirilib. Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sessiyasında iştirak edən iki ölkə liderlərinin görüşü BMT-nin qərargahında baş tutub.

ABŞ prezidenti ilə danışıqlardan dərhal sonra Vladimir Putin Suriyadakı vəziyyət və Rusiyanın bu münaqişənin tənzimlənməsində iştirakı və Ukraynanın şərqindəki münaqişə məsələlərinə toxunub.