SON DƏQİQƏ

Rusiyada hökumətin istefası: Putin nə etmək istəyir?

Tarix:16-01-2020, 13:26

Rusiya hökuməti Prezident Vladimir Putinin hakimiyyətdə qalmaq üçün konstitusiyaya dəyişikliklər təklifindən bir neçə saat sonra istefa verib.

Bu məsələ ictimaiyyət tərəfindən təsdiqlənsə hakimiyyət prezidentlikdən parlamentə keçəcək.

Cənab Putin dördüncü səlahiyyət müddəti başa çatdıqda 2024-cü ildə istefa verəcək.

Ancaq onun bundan sonra özünə yeni rol axtara biləcəyi və ya pərdə arxasında iqtidarı ələ ala biləcəyi barədə fərziyyələr var.

Cənab Putin parlamentə illik müraciətində dəyişiklik planlarını irəli sürüb. Daha sonra gözlənilmədən Baş nazir Dmitri Medvedyev hökumətin dəyişiklikləri asanlaşdırmaq üçün istefa etdiyini açıqlayıb.

Rusiya hökumət mənbələri BBC-yə açıqlamasında nazirlərə açıqlamadan əvvəl hökumətin istefası barədə məlumat verilmədiyini söyləyib.

"Bu, tamamilə sürpriz oldu", - bir mənbə bildirib.

Putin nə təklif edir?

Rusiya lideri parlamentin hər iki palatasında çıxışı zamanı hakimiyyəti prezidentlikdən parlamentə keçirəcək dəyişikliklərə dair ümumxalq səsverməsi olacağını söyləyib.

Konstitusiya islahatları parlamentin aşağı palatasına, Dövlət Dumasına, Baş nazir və kabinetin təyin edilməsi üçün "daha böyük məsuliyyət" verilməsini özündə ehtiva edir.

Hazırda Prezident Baş naziri təyin edir və Duma bu qərarı təsdiqləyir.

Vladimir Putin Dmitry Medvedyev RUsiyada hökumət istefa verib Rusiya MoskvaFotonun müəllifiEPA
Image captionVladimir Putin hökumətin istefa qərarından əvvəl çərşənbə günü Baş nazir Dmitri Medvedevlə görüşüb.

Rusiya hökuməti Prezident Vladimir Putinin konstitusiyaya dəyişikliklər təklifindən bir neçə saat sonra istefa verib. Bu dıyişliklər Putinin hakimiyyətdə daha uzun müddətdə qalmağına şərait yarada bilər.

Bu məsələ ictimaiyyət tərəfindən təsdiqlənsə hakimiyyət prezidentlikdən parlament idarəetməsinə keçəcək.

Cənab Putin dördüncü səlahiyyət müddəti başa çatdıqda, yəni 2024-cü ildə istefa verəcək.

Ancaq onun bundan sonra özünə yeni rol axtara biləcəyi və ya pərdə arxasında iqtidarı ələ ala biləcəyi barədə fərziyyələr var.

Cənab Putin millət vəkillərinə illik müraciətində dəyişiklik planlarını irəli sürüb. Daha sonra gözlənilmədən Baş nazir Dmitri Medvedev hökumətin dəyişiklikləri asanlaşdırmaq üçün istefa etdiyini açıqlayıb.

Rusiya hökumət mənbələri BBC-yə bildirib ki, nazirlərə açıqlamadan əvvəl hökumətin istefası barədə məlumat verilməyib.

"Bu, tamamilə sürpriz oldu", - bir mənbə bildirib.

Putin nə təklif edir?

Rusiya lideri parlamentin hər iki palatasında çıxışı zamanı hakimiyyəti prezidentlikdən parlamentə keçirəcək dəyişikliklərə dair ümumxalq səsverməsi olacağını söyləyib.

Konstitusiya islahatları parlamentin aşağı palatasına, Dövlət Dumasına, Baş nazir və kabinetin təyin edilməsi üçün "daha böyük məsuliyyət" verilməsini özündə ehtiva edir.

Hazırda Prezident Baş naziri təyin edir və Duma bu qərarı təsdiqləyir.

Cənab Putin, Dövlət Şurası adlı bir məsləhət orqanının rolunu artırmağı da təklif edib. Hazırda onun rəhbərlik etdiyi məclisə Rusiyanın federal bölgələrinin rəhbərləri daxildir. Vladimir Putin bu məclisin "yüksək effektivliyə" malik olduğunu sübut etdiyini bildirib.

Digər tədbirlərə daxildir:

· Beynəlxalq hüququn üstünlüyünün məhdudlaşdırılması

· Prezidentlərin iki dəfə ardıcıl hakimiyyətdə olmasını məhdudlaşdıran qaydalara dəyişiklik edilməsi

· Xarici vətəndaşlığı və ya xaricdə yaşayış icazəsi olan/olmuş şəxslərin prezidentliyə namizədliklərini qadağan edən qanunların gücləndirilməsi

Cavab nə olub?

Cənab Medvedyev hökumətin qərarını dövlət televiziyasından elan edərkən Prezident Putin onun yanında oturub.

"Bu dəyişiklər qəbul olunduqda ... təkcə konstitusiyanın bir sıra maddələrinə deyil, hökumətin bütün güc strukturlarına - icra hakimiyyətinə, qanunverici hakimiyyətə, eləcə də məhkəmə hakimiyyətinə əhəmiyyətli dəyişikliklər olacaq", - cənab Medvedev cənab Putinin təklifləri barədə danışarkən deyib.

"Bu çərçivədə ... hazırkı formada hökumət istefa etdi".

Cənab Putin işlərinə görə Dmitry Medvedevə təşəkkür edib, lakin "hər şeyin" yerinə yetirilmədiyini də bildirib.

O, cənab Medvedyevdən özünün başçılıq etdiyi Milli Təhlükəsizlik Şurası rəhbərinin müavini olmasını istəyib.

Prezident daha sonra cənab Medvedyevi Baş nazir vəzifəsində əvəz etmək üçün vergi xidmətinin rəhbəri Mixail Mishustinin namizədliyini irəli sürüb.

Cənab Medvedyev bir neçə ildir Baş nazirdir. Əvvəllər, o, 2008-2012-ci illərdə yaxın müttəfiqi Vladimir Putinlə rollarını dəyişib və sonuncu iki dəfə prezident vəzifəsini icra etdikdən sonra dövlətin başına keçib. Rusiya konstitusiyası prezidentlərə ardıcıl yalnız iki müddətə xidmət etməyə icazə verir.

Hələ Baş nazir olarkən Putinə o zamankı Prezident Medvedyevin arxasında duran güc kimi baxılırdı.

Müxalifət lideri və Kremlin aparıcı tənqidçisi Aleksey Navalny konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək hər hansı bir referendumun "saxta ləkə" olacağına inandığını söyləyib. O, deyib ki, cənab Putinin məqsədi "ömür boyu yeganə lider" olmaqdır.

Rusiyada referendum sonuncu dəfə Putinin sələfi Boris Yeltsinin rəhbərliyi ilə konstitusiyanı qəbul edərkən - 1993-cü ildə keçirilib.

Vladimir Putin 1999-cu ildə cənab Yeltsinin istefasından sonra Prezident vəzifəsini icra edib və bir il sonra rəsmi olaraq bu vəzifəyə başlayıb. O, bu günə qədər - Prezident və ya Baş nazir kimi fəaliyyət göstərib.

Putinin böyük planının bir hissəsi?

Sarah Rainsford, Moskva müxbiri

Prezident Putin sabitliyi sevir. Bu onun xüsusiyyətidir. Beləliklə, bütün hökumətin istefası xəbəri böyük sürpriz oldu. Video yayımdan da görünür ki, kabinet nazirləri belə bir halın baş verəcəyindən xəbərsiz olublar.

Bir anlıq bu, 1990-cı illərin Rusiyasına, Prezident Yeltsinin baş nazirləri corablarını dəyişirmiş kimi asanlıqla dəyişdirməsinə oxşadı. Vladimir Putin Yeltsin olmasa da, bu addım öz hakimiyyətini gücləndirmək və uzatmaq üçün daha böyük planın bir hissəsi kimi görünür.

Hazırkı qaydalara əsasən, cənab Putin 2024-cü ildə Prezident vəzifəsindən getməlidir, lakin onun bundan sonra nə edəcəyi bəlli deyil. Bu, hələlik doğrudur. Lakin onun təklif etdiyi konstitusiya dəyişiklikləri bəzi variantları göstərir. O, artıq rəhbərlik etdiyi az tanınmış Dövlət Şurasının statusunu qabardıb. O, yenidən Baş nazir də ola bilər, çünki o hazırda Rusiya Prezidentinin səlahiyyətlərini azaldır.

Əgər ətrafdadırsa, deməli, varlığı insanların könlünü xoş etməlidir, bunun üçünsə o bütün sosial-iqtisadi problemləri nəzərə almalıdır.

Əgər rusiyalılar başına gələnlərə görə Putin günahkar hesab edilirsə, o zaman vətəndaşlar 2024-cü ildən sonra da onu niyə udmaq lazım olduğunu düşünə bilərlər. Dmitri Medvedyev - cənab Putinə çox tez-tez yararlı olan bu şəxs indi bir qapazaltı kimi görünür.

Putin daha nə deyib?

Parlamentə müraciətində Prezident Rusiyada doğulan uşaqların sayını artırmaq üçün bir sıra planlarını da açıqlayıb. Bir sıra Şərqi Avropa dövlətləri kimi, Rusiya da doğuş nisbətinin azalması ilə mübarizə aparır.

Keçən il cənab Putin böyük ailələr üçün vergi güzəştləri vəd edib.

Çərşənbə günü, o, yeni analara dörd il ərzində orta hesabla 1,5-dən az doğulan uşaqların sayını 1,7-ə çatdırmaq üçün dövlət dəstəyi vəd edib.

Sözdə "analıq kapitalı" bu günə qədər ən azı iki uşağı olan ailələrə ödənilib.

Aztəminatlı ailələrdə üçdən yeddi yaşadək uşaqlar üçün rifah müavinətləri ödəniləcək və məktəbin ilk dörd ilində pulsuz məktəb yeməkləri veriləcək.

Rusiya əhalisi 1990-cı illərdəki kəskin azalmanı bərpa etmək üçün mübarizə aparır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ