SON DƏQİQƏ

İlqar Məmmədovun seçkidə iştirak edə bilməyəcəyi məlum oldu

Tarix:7-01-2020, 23:22

Avropa Şurası Nazirlər Kabineti ReAl partiyasının lideri İlqar Məmmədovun seçilmək hüququnun Azərbaycan hakimiyyəti tərəfindən təmin edilməməsi barədə şikayəti ilə bağlı yanvarın 7-də məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanın Ali Məhkəməsinin plenumu bu işə baxılması tarixi ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.

Rəsmi Bakı Avropa Şurası Nazirlər Kabinetinə bildirib ki, Ali Məhkəmənin qərarı "mümkün qədər tez müddətdə” açıqlanacaq.

Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinə cavabında bildirir ki, İlqar Məmmədovla bağlı qərarın çıxarılması zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müddəalarına əməl edilməlidir.

Azərbaycan tərəfi bildirir ki, CPM-in 392.4. maddəsinə uyğun olaraq "apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduğu vaxtdan 30 (otuz) gün müddətində apellyasiya instansiyası məhkəməsi onların baxışını təyin edir. Cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət apellyasiya instansiyası məhkəməsinin qərarı ilə 45 (qırx beş) günədək uzadıla bilər”.

Bu isə o deməkdir ki, ReAl liderinin seçkidə iştirakı ilə bağlı məsələ bütün hallarda Azərbaycanda 9 fevral parlament seçkisinədək həllini tapmayacaq.

Tanınmış insan haqları müdafiəçisi Rəsul Cəfərov bu hadisə ilə bağlı özünün Facebook səhifəsində yazıb:

"Azərbaycan hakimiyyətinin bu gün Avropa Şurası Nazirlər Komitəsinə verdiyi rəsmi cavabdan sonra tam əminliklə demək olar ki, İlqar Mammadovla yanaşı Real Cümhuriyyətçilər İttifaqı Koalisiyasından Zaur Gurbanli və bəndəniz parlament seçkilərindən siyasi qərar nəticəsində kənar saxlanıldı. Olsun, iştirak edəcəyimiz və qalib gələcəyimiz seçkilər qarşıdadır”.

 
 

 

Hüquq müdafiəçisi bildirir ki, seçki zamanı Koalisiyadan olan namizədlərə dəstək verəcək.

O habelə yazır ki, Avropa Məhkəməsinin onun barəsində qərarının icrası istiqamətində də mövcud olan bütün mexanizmlərdən istifadə etməyi planlaşdırır.

ReAl Partiyasının sədri İlqar Məmmədov yanvarın 2-də Avropa Şurası Nazirlər Komitəsinə təqdimat göndərmişdi

Onun sözlərinə görə, təqdimat Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarını icra etməməsi ilə bağlı hazırlanıb.

ReAL sədrinin vurğulamasına görə, o təqdimatda bildirib ki, Azərbaycan hakimiyyəti bilərəkdən AİHM-in onun barəsində çıxartdığı bəraət qərarını uzun illərdir icra etmir.

Bundan öncə isə Avropa Şurasının Nazirlər Komitəsi bildirmişdi ki, Azərbaycan höküməti 8 nəfərin üzərindən məhkumluğu qaldırılmalıdır.

Bu şəxslər ReAL partiyasının sədri İlqar Məmmədov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov və NİDA Vətəndaş Hərəkatının 2013-cü ildə həbs edilmiş 4 üzvüdür.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ