www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Prezident İlham Əliyev: "Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır"


Prezident İlham Əliyev: "Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır"

Bölmə: Siyasət
Prezident İlham Əliyev: "Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır"
Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır. Bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır.

Bu tapşırıqları Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirib.

Dövlət başçısı qeyd edib ki, son illər bütövlükdə iqtisadi sahədə aparılan siyasət özünü doğruldur. Azərbaycan son 10 il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Sadəcə olaraq indiki şəraitdə biz fəaliyyətimizi daha da təkmilləşdirməliyik.

“Azərbaycanda düşünülmüş siyasət, iqtisadi islahatlar aparılır. İnsanların vətənpərvərlik hissi yüksək səviyyədədir. Xalqla iqtidar birliyi möhkəmdir. Bax, budur uğurlarımızın əsas amilləri. Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər. Dövlətin bu istiqamətdə çox ciddi proqramı vardır. Əminəm ki, belə olan halda 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq. Qarşıda duran bütün sosial və iqtisadi vəzifələr icra ediləcək. Əminəm ki, belə də olacaq”, - deyə Prezident vurğulayıb./Azərtac/