www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » İlham Əliyev: "Ermənistan rəhbərliyi panikadadır"


İlham Əliyev: "Ermənistan rəhbərliyi panikadadır"

Bölmə: Siyasət
İlham Əliyev: "Ermənistan rəhbərliyi panikadadır"
"Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənib. Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin edib və öz iradəsini diktə edib".

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Onlarla işğalçının məhv edildiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər”.