SON DƏQİQƏ

Polisin hüquqları artırılır və mətbuata yeni cəzalar gəlir

Tarix:8-12-2017, 23:16

"Kütləvi informasiya vasitələri haqqında” qanuna yeni dəyişikliklər təklif edildiyi bildirilir. Dəyişikliklərin jurnalist adından sui-istifadə hallarının qarşısının alınması ilə əsaslandırıldığı qeyd edilir.

APA-nin xəbərinə görə, dəyişiklik layihəsində təklif edilir ki, inzibati tənbeh almış mətbu nəşr bir il ərzində jurnalist adından sui-istifadəyə təkrar yol verərsə, fəaliyyəti dayandırılsın.

Xəbərdə bildirilir ki, bununla bağlı "Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu maddəsinə əlavələr təklif edilir. Həmin maddə kütləvi informasiya vasitəsinin istehsalının, yayımının dayandırılması və ya ona xitam verilməsi qaydalarını müəyyən edir.

Layihədə kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edilmiş mətbu nəşrin təkrar pozuntuya yol verdikdə, daha ağır cəzalandırılması nəzərdə tutulur. Mətbu nəşr il ərzində iki dəfə pozuntuya yol versə, həmin mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacağı vurğulanır.

Parlament layihəni dekabrın 15-də keçiriləcək plenar iclasda müzakirə etməlidir.

Polisin hüquqları artır

Azərbaycanda polisin ictimai qaydanı və təhlükəsizliyi təmin etmə ilə bağlı hüquqlarının da artırılacağı bildirilir.

Agentliyin məlumatına görə, bununla bağlı "Polis haqqında qanun"un 18-ci (İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları) maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən inzibati xəta törətmiş şəxs barəsində eyni zamanda axtarış aparmaq da polisin hüquqlarına aid olacaq.


Bu layihənin də dekabrın 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacağı gözlənir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ