SON DƏQİQƏ

“Sükutu pozanlar” İlin Adamı oldular

Tarix:7-12-2017, 11:48

"Time” jurnalı 2017-ci ilin adamını açıqlayıb. "Sükutu pozanlar”, yəni seksual qısnama qurbanları olduqlarını dilə gətirənlər İlin adamı seçiliblər.

DÜNYANIN HƏR YERİNDƏN DİLƏ GƏLİBLƏR

Dərginin baş redaktoru NBC-nin "TODAY” şousunda deyib ki, jurnalın üz qabığında qismən əks olunan qadınla "Time” danışıb, ancaq o, "həyatına təhlükə yaratmadan” hekayətini anlada biləcəyinə əmin olmadığını dilə gətirib.

Üz qabığındakı fotoda "me too” (mən də) kampaniyasına qoşulmuş qadınlar yer alıb: fəal Adama Iwu, aktrisa Ashley Judd, müğənni Taylor Swift, çiyələkyığan Isabel Pascual və Uber-in keçmiş mühəndisi Susan Fowler.

"Sükutu pozmuş qadınlar və kişilər bütün irqləri, bütün gəlir siniflərini, bütün peşələri və dünyanın bütün guşələrini əhatələyib”, – dərgi bildirir.

Dünyanın ən nüfuzlu adamları siyahısında ikinci yeri ABŞ prezidenti Donald Trump, üçüncünü isə Çin prezidenti Xi Jinping tutub.

Təxminən bir əsrdir "Time” İlin Adamını seçir, xəbərlərə ən çox təsir göstərmiş şəxsi, yaxud qrupu müəyyənləşdirir.

SİYAHIYA KİMLƏR DÜŞÜB

İndiyədək Almaniya kansleri Angela Merkel, Bill və Melinda Gates-lər ilin adamı seçiliblər.

Ancaq bu seçim həmin şəxslərin dəstəklənməsi anlamına gəlmir. Siyahıda Adolf Hitler, Josef Stalin və İran ayətullası Ruhollah Khomeini-nin də adları olub.

"Time” oxucular arasında onlayn sorğu da keçirir. Bu sorğuya görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammaed bin Salman İlin Adamı seçilib.

32 yaşlı şahzadə səslərin 24%-ni toplayıb. İkinci yeri cinsi təcavüz və qısnama qurbanlarnın hekayətlərini anlatdıqları #MeToo kampaniyası gəlir, 6% səs toplayıb.

Onlayn sorğuda prezident Trump-ın seçki kampaniyasının Rusiyayla əlaqələrini araşdıran xüsusi müşavir Robert Mueller-in də adı var.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ