www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Putinin Qarabağı Əliyevə güzəştə getməsinin səbəbi (VİDEO)


Putinin Qarabağı Əliyevə güzəştə getməsinin səbəbi (VİDEO)

Bölmə: Siyasət
Putinin Qarabağı Əliyevə güzəştə getməsinin səbəbi (VİDEO)
“Rusiya anlayır ki, status-kovunu olduğu kimi saxlamaq müharibəni qaçılmaz edir”.


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana baş tutmuş səfərinin detalları ilə bağlı erməni mətbuatında müxtəlif fikirlər səsləndirilir. Belə ki, Moskva rəsmi Bakının Avrasiya İttifaqına üzv olması müqabilində bir neçə rayonu Azərbaycana qaytarmaq istəyir.

ANS TV-nin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana gözlənilməz səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra iddiaların yayılmasına səbəb olub.

Ermənistanın populyar analitik portalı “Lragir” iddia edir ki, Lavrov Ermənistana Qarabağ münaqişəsinin həlli üçün gəlib və İrəvanın qarışısında Azərbaycanın xeyrinə tələblər qoyub.

Portal yazır ki, hakimiyyətə yaxın dairələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu qaytarmağa razı salmağa çalışır. Bunun əvəzində isə Azərbaycanı Avrasiya İttifaqına üzv olmağa razı salmaq niyyətindədir.

Sergey Lavrov isə erməni həmkarı ilə görüşən sonra mətbuata konfransında deyib ki, Ermənistan və Rusiya ciddi şəkildə bir-birinə arxalana bilər.

Rusiya XİN rəhbəri qeyd edib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini davam etdirməlidir.

Lavrov həmçinin Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi prosesdə fəal rol oynamağa davam edəcəyini vurğulayıb.

Politoloq Rasim Musabəyov hesab edir ki, Lavrovun səfərində əsas məqsəd Rusiyanın Ermənistanda dayaqlarını daha da gücləndirməkdir:

“Rusiya anlayır ki, torpaqların işğalı ilə bağlı status-kovunu olduğu kimi saxlamaq müharibəni qaçılmaz edir. Belə olan halda Rusiyanın özü isə çətin bir seçim qarşısında qalır. Rusiya yaxşı bilir ki, Ermənistanı diqqətdən kənar qoysa, Azərbaycan onu cəzalandıracaq. Ermənistan tərəfindən çıxış etsə, onda Rusiyanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinə çox ciddi xələl gələcək. Bu gün isə Rusiyaya bu lazım deyil”.

Rusiya mətbuatı Lavrovun Ermənistan səfərinin əsas mövzusunun Ermənistanda rus aviasiya qrupunun gücləndirilməsi və yeni zenit komplekslərinin yerləşdirilməsi barədə olduğunu da qeyd edir.

Xarici işlər nazirliyi də Sergey Lavrovun Ermənistana səfərinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, çox təəssüf ki, Ermənistanın dəstəyilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin sülh prosesini inhisara almaq və mövcud status-kovunu olduğu kimi saxlamağa cəhd göstərmələri barəsində hələ də güclü qənaət vardır.