SON DƏQİQƏ

Kreml ABŞ-ı Rusiya oliqarxlarını Putinə qarşı qoymaqda ittiham edir

Tarix:30-11-2017, 23:43

Kreml Bitləşmiş Ştatları Rusiyanın biznes elitasını gələn il keçiriləcək seçki ərəfəsində prezident Vladimir Putinə qarşı qoymaq cəhddə ittiham edib.

Putinin sözçüsü Dmitri Peskov noyabrın 30-da jurnalistlərə deyib ki, o adını çəkmədiyi beynəlxalq xəbər agentliklərinin birindən yazılı suallar alıb.

Onun dediyinə görə, suallardan biri belə olub: "Siz belə bir fikirlə razısınızmı ki, ABŞ hakimiyyəti sanksiyalardan Rusiya prezidentinin varlı dəstəkçilərini ona qarşı qoymaq üçün istifadə edir?”

Peskov deyib: "Mən əminəm ki, həqiqətdə də məhz bu baş verir”.

Peskovun sözlərinə görə, başqa bir sual belə idi: "Düşünürsünüzmü ki, ABŞ-ın belə cəhdləri prezident seçkisi ilə bağlıdır?”

Peskov bu sualın cavabında da "biz buna əminik” deyib.

Vladimir Putin martın 18-də keçiriləcək seçkidə dördüncü müddət üçün namizədliyini hələki elan etməyib.

Amma baş nazir Dmitri Medvedev noyabrın 30-da jurnalistlərə deyib ki, əgər Putin seçkidə iştirak etmək qərarına gəlsə, Vahid Rusiya partiyası onu tamamilə dəstəkləyəcək.

Putinin bu seçkidə iştirak edəcəyi və asanlıqla qalib gələcəyi gözlənilir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ