ABŞ Türkiyənin Suriyaya hərbi müdaxiləsini dayandırmaq üçün təzyiqini artırır.
ABŞ-ın müdafiə naziri Mark Esper müdaxilənin "ciddi nəticələr"i barədə xəbərdarlıq edib, maliyyə naziri Steven Mnuchin isə yeni sanksiyalardan danışıb.
Prezident Donald Trump-ın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarı Türkiyənin hərbi müdaxiləsinə yol açıb.
Trump bildirib ki, ABŞ-ın Nato müttəfiqi olan Türkiyə ilə kürdlər arasında sülh danışıqlarına vasitəçi olmasını istəyir.
Lakin Türkiyə prezidenti Recep Tayyip Erdogan bildirib ki, hərbi əməliyyatlar davam edəcək. Kürd lideri isə ABŞ-ı onları arxadan vurmaqda ittiham edib.
Bu arada, Pentagon-dan verilən məlumata görə, ABŞ-ın hələ ki, Kobane-də olan hərbi qüvvələri də cümə günü Türkiyənin artilleriyasına məruz qalıb.
BMT-nin bildirdiyinə görə, Türkiyənin Suriyaya hərbi müdaxiləsi başlayandan bəri 100 000-dən çox insan evlərini tərk etməli olub.

Prezident Erdogan bildirir ki, o, Suriyanın şimalını kürd silahlılarından təmizləyərək "təhlükəsiz zona" yaratmaq və buraya suriyalı qaçqınların köçürülməsini istəyir.
