SON DƏQİQƏ

101 yaşlı Cümhuriyyət

Tarix:28-05-2019, 11:02

Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (XC) yaranmasından 101 il ötür.

Xalq Cümhuriyyətinin paytaxtı əvvəlcə Tbilisi, daha sonra Gəncə olub. 1918-ci il sentyabrın 15-də Bakı Sentrokaspi Diktaturasından azad edildikdən sonra Xalq Cümhuriyyətinin paytaxtı ora köçürülüb.

Bu dövlət Şərq ölkələri arasında ilk dəfə qadınlara səsvermə hüququ tanıyıb.

1918-ci il noyabrın 9-da onun üçrəngli bayrağı qəbul edilib. Məhz XC dövründə Azərbaycanda ilk ali məktəb açılıb.

23 aylıq fəaliyyətdən sonra 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal abidəsi ucaldılıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ