SON DƏQİQƏ

Türkiyə iqtisadiyyatı: Nələri izləməli?

Tarix:20-11-2018, 04:32


 

 

Türk lirəsinin məzənnəsindəki dəyişkənlik və dəyər itkisi davam edərkən, növbəti iki həftədə baş verəcək siyasi və iqtisadi hadisələr bazarlar tərəfindən diqqətlə müşahidə ediləcək.

Cümə günü dollar-lirə məzənnəsi 6,54 səviyyəsində bitdikdən sonra, bu il ərzində lirə dollarla müqayisədə dəyərinin 72,5 faizini itirib.

Qarşıdakı iki həftədə gözlənilən növbəti tarixlər, həssas iqtisadi vəziyyətdə bazarlar üçün xüsusi əhəmiyyət daşıyacaq.

sentyabr, bazar ertəsiİnflyasiya səviyyəsi

İyul ayında 15,85 faizlə son 14 ilin ən yüksək səviyyəsinə çatan inflyasiya göstəricilərinin avqust ayında da yüksək səviyyədə qalması gözlənilir.

Türkiyə Statistika Qurumunun bazar ertəsi günü açıqlayacağı avqust inflyasiya səviyyəsi bazarlar üçün mühüm göstəricilərdən biri olacaq. Bloomberq təşkilatı avqust ayında inflyasiyanın daha da yüksələrək 18,7 faiz olacağını proqnozlaşdırıb.

Avqust ayında Türk lirəsi ABŞ dollarına qarşı dəyərinin 31 faizini itirib və bu dəyişikliyin inflyasiyaya da təsir göstərəcəyi gözlənilir.

Bəzi təhlilçilər Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini artıracağını ehtimal edirlər.

sentyabr, çərşənbə axşamı günüMərkəzi Bankın inflyasiya qiymətləndirməsi

Türkiyənin Mərkəzi Bankı hər ay inflyasiya göstəricilərini qiymətləndirərək, nəticələrini bəyan edir.

İnvestorlar bu qiymətləndirməni diqqətlə oxuyub, Mərkəzi Bankın ata biləcəyi addımlara dair ipucu axtaracaqlar.

Ruhani, Erdoğan ve PutinFotonun müəllifiGETTY IMAGES
Image captionPrezident Recep Tayyip Erdoğan Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə görüşəcək

sentyabr, cümə: Tehran zirvə görüşü

Cümə günü İranın paytaxtı Tehranda Suriyanın siyasi gələcəyinə dair zirvə görüşü keçiriləcək.

Prezident Recep Tayyip Erdoğan Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə zirvə görüşündə əsas mövzunun Suriyanın İdlib vilayətinin gələcəyi olacağı ehtimal olunur.

Son bir neçə həftə ərzində, Rusiyanın dəstəklədiyi Suriya dövlət qoşunlarının hazırda 3 milyon əhalisi olduğu ehtimal olunan İdlib vilayətini ələ keçirməyi planlaşdırdığına dair xəbərlər yayılıb.

Türkiyə isə bu halda baş verəcək kütləvi əhali axınından narhatdır və bu problemin diplomatik həllini əldə etməyə cəhd edir.

BMT ehtimal edir ki, İdlibə hücum olduğu təqdirdə, təxminən 1 milyon insan Türkiyə sərhədini keçməyə cəhd edə bilər.

Bu isə Türkiyə iqtisadiyyatına böyük təsir göstərə bilər və nəticədə, Tehran görüşünün gedişatı bazarlar üçün vacib hadisə olacaq.

Merkez BankasıFotonun müəllifiDHA

13 sentyabr, cümə axşamı günüMərkəzi Bankın faiz qərarı

Mərkəzi Bankın Monetar Siyasət Şurası sentyabrın 13-ü bir araya gələrək Mərkəzi Bankın faiz dərəcəsinə dair qərarını verəcək.

Hazırda Mərkəzi Bank beynəlxalq bazarların təzyiqi altındadır ki, lirənin faiz dərəcəsini endirsin.

Lakin Prezident Erdoğan buna qarşıdır.

Hər hansı bir qərarın bazarlar və investorlara ciddi təsir göstərə biləcəyi üçün bu məsələ xüsusi diqqətlə izlənəcək.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ