SON DƏQİQƏ

Terror üzrə təhlilçilər: İŞİD tam məğlub edilməyib

Tarix:19-02-2019, 12:11

Avropalı müttəfiqləri ABŞ prezidenti Trampın onların Suriyada İŞİD üçün döyüşən və ələ keçirilən vətəndaşlarını ölkələrinə geri aparmalı olduqlarına dair tələbinə cavab verməyib. Prezident deyib ki, terror qrupu məğlubiyyət astanasındadır. Lakin bir çox təhlilçi qorxur ki, İŞİD hələ də hücumlar törəmtək imkanına sahibdir.

İslam Dövləti qrupu bir zamanlar 100 min kvadrat kilometr əraziyə və azı səkkiz milyon insana nəzarət edirdi. İndi isə terror qrupunun nüfuzu Bağuz şəhəri ilə məhdudlaşdırılıb və onlar ABŞ-ın başçılıq etdiyi Suriya Demokratik Qüvvələri tərəfindən ağır hücumlara məruz qalır.

Bəzi ərazilər azad edilib, amma nə İŞİD, nə terrorizm məğlub edilməyib, çünki onların ideologiyası hələ də orada mövcuddur, insanlar hələ də oradadır, onları cəlb etmək üçün istifadə olunan səbəblər də hələ ki, aktualdır
Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani

ABŞ prezidenti Donald Tramp bazar günü Twitter hesabında yazıb ki, "xəlifəlik süquta hazırdır”.

Münhen Təhlükəsizlik Konfrasında bir araya gələn müttəfiqlər isə bundan əmin deyil.

"Bəzi ərazilər azad edilib, amma nə İŞİD, nə terrorizm məğlub edilməyib, çünki onların ideologiyası hələ də orada mövcuddur, insanlar hələ də oradadır, onları cəlb etmək üçün istifadə olunan səbəblər də hələ ki, aktualdır” – deyə, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bildirir.

Radikallaşma üzrə ekspert Piter Nyuman deyir ki, İŞİD hələ də minlərlə döyüşçüyə arxalana bilər.

"Onların hamısı nəzarət etdikləri ərazidə deyil. Bir çoxları digər ərazilərdə gizlənib. Onlar Mosuldadır, Rəqqadadır və geri gəlməyi gözləyirlər”, o söyləyir.

Prezident Tramp yazıb ki, Avropa Suriyada ələ keçirilən 800-dən çox İslam Dövləti qrupu döyüşçüsünü geri aparmalıdır. Əks təqdirdə ABŞ onları azadlığa buraxmağa məcbur olacaq və bu halda onlar "Avropaya yayılacaq”. Sabiq respublikaçı konqresmen Darell İssa deyir ki, müttəfiqlər bu mesajı diqqətə almalıdırlar.

"Keçmişdə avropalılar Quatanamoda saxladığımız döyüşçüləri geri qaytarmağımızı istəyirdi amma onları o ölkələrdə məsuliyyətə cəlb etməyimizi istəmirdi. Nəticədə o döyüşçülər ya döyüş meydançasına qayıdıb ya da öz ölkələrində terror hücumları edirdi. Ümid editəm ki, avropalılar bundan dərs çıxarıb və bu döyüşçüləri geri gətirib, məsuliyyətə cəlb etməyə hazırdılar”, İssa deyir.

Suriya Demokratik Qüvvələr
Suriya Demokratik Qüvvələr

Təhlilçi Nyuman razılaşır.

"Belə bir sadə prinsip olmalıdır ki, hər bir ölkə öz vətəndaşlarına görə məsuliyyət daşısın və onların qayğısına qalsın”, Beynəlxalq Radikallaşma Araşdırmaları Mərkəzindən Piter Nyuman bildirir.

Lakin təhlükəsizlik üzrə təhlilçi Karin von Hipper deyir ki, Trampın Twitter mesajı müttəfiqlərə qarşı hörmətsizlikdir.

"Bu, geniş yayılmış problemdir. İŞİD Avropa ölkələrində avropalılarla yanaşı amerikalılara da hücum edə bilər”, o söyləyir.

Avropa liderlərinin çoxu hələ ki, Donald Trampın tvitlərinə cavab verməyib.

Prezident konfransda iştirak etməyib. Lakin onun Twitter-dəki mesajları oradakı gündəmdə olub və ağıllarda İŞİD-in həqiqətən də məğlub olub-olmadığına və yenidən dünyaya təhlükə törədib-törətməyəcəyinə dair suallar yaradıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ