www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » İsveçrə prezidenti müxalifətlə görüşəcək

İsveçrə prezidenti müxalifətlə görüşəcək

Bölmə: Siyasət
İsveçrə prezidenti müxalifətlə görüşəcək

İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter bu gün müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Aktual.az-ın əldə etdiyi məlumata görə, görüş saat 17.00-da "Four Seasons Hotel"də baş tutacaq.

Məlumatda bildirilir ki, ölkəmizdə rəsmi səfərdə olan Didye Burkhalterlə görüşdə REAL Hərəkatının icra katibi Natiq Cəfərli, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli iştirak edəcək. Son günlər ətrafında qalmaqallar səngiməyən hüquq müdafiəçisi Leyla Yunus, həmçinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin də Didye Burkhalterlə müzakirələrdə iştirak edəcəyi istisna edilmir.

AXCP-nin sədr müavini Razi Nurullayev, Müsavat Partiyasından Mehman Cavadoğlu və REAL Hərəkatının icra katibi Natiq Cəfərli Didye Burkhalterlə bu günkü görüş barədə xəbəri Aktual.az-a təsdiqləyib.

Xatırladaq ki, bir müddət əvvəl ölkəmizdə rəsmi səfərdə olan Fransa prezidenti Fransua Ollandın da müxalifət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri görüşü baş tutmuşdu.