SON DƏQİQƏ

Avropalılar dinə, yəhudilərə və müsəlmanlara necə baxırlar

Tarix:30-10-2018, 23:20

Vaxtilə Avropanı iki yerə bölmüş Dəmir Pərdə çoxdan aradan qalxıb, ancaq qitədə dinə, azlıqlara, gey nikahları, qanuni abort kimi sosial məsələlərə yanaşmalarda kəskin fərqlər qalmaqdadır. Qərbi avropalılara baxanda, Mərkəzi və Şərqi Avropada daha az adam müsəlmanları, yaxud yəhudiləri evində, qonşuluğunda görmək istəyir, gey və lezbian cütlüklərə nikaha girməyə icazə verilməsinə tərəfdardır və sairə.

Bu ziddiyyətləri "Pew” Araşdırmalar Mərkəzinin 2015-2017-ci illərdə Qərbi, Mərkəzi və Şərqi Avropanın 34 ölkəsində yaşı 18-dən yuxarı 56 min nəfər arasında keçirdiyi sorğu üzə çıxarıb.

MÜSƏLMANLAR VƏ YƏHUDİLƏRLƏ QONŞULUQ

Elə sözügedən fərqlərdən dolayı qitə hələ də parçalanmış durumdadır. Baxmayaraq ki, Avropa Birliyi 10 ildən artıq bir müddət ərzində sərhədlərini Qərbi Avropanın hüdudlarından kənara çıxarıb, Polşa və Macarıstan kimi Şərqi Avropa, Estoniya, Latviya və Litva kimi Baltik ölkələrini əhatələməyə başlayıb.

Fransada müsəlmanların etiraz aksiyası
Fransada müsəlmanların etiraz aksiyası

Bəzi hallarda münasibətlər və dəyərlər uçurumu aşırı səviyyədədir.

Məsələn, Mərkəzi və Şərqi Avropanın sorğu keçirilmiş demək olar, hər bir ölkəsində yetkin yaşlılardan yarıdan da azı müsəlmanları ailələrinə qəbul edə biləcəklərini deyib. Qərbi Avropada isə rəyi soruşulanların yarıdan çoxu belə düşünür.

Yəhudilərin ailəyə qəbuluyla bağlı da Şərqi və Qərbi Avropa arasında oxşar ziddiyyət mövcuddur.

Finlərin 83 faizi deyib ki, müsəlmanları qonşusu kimi görmək istəyir. Ukraynalıların cəmi 55%-i belə deyir.

DİN VƏ MİLLİ MƏNSUBİYYƏT

Milli azlıqlara münasibətə gəlincə, bu, milli mənsubiyyətə fərqli yanaşmalarla vəhdətdədir. Məsələn, vaxtilə Sovet İttifaqının nüfuz dairəsində olanda Mərkəzi və Şərqi Avropa ölkələrinin sakinləri dini inanclarını açıq sərgiləmirdilər. Bu günsə keçmiş Şərq blokunda xristian (katolik, yaxud pravoslav) olmaq milli mənsubiyyətin vacib tərkib hissəsi sayılır.

Papa Francis Vilnüsdə çıxış edir, sentyabr, 2018-ci il
Papa Francis Vilnüsdə çıxış edir, sentyabr, 2018-ci il

Bunun əksinə, Qərbi Avropada çox adam dini milli mənsubiyyətinin əsas hissəsi saymır. Məsələn, Fransa və Böyük Britaniyada çoxları deyir ki, əsl fransız, yaxud britaniyalı olmaqdan ötrü xristianlıq vacib deyil.

Latviya və Estoniyada da çoxları deyir ki, xristianlıq onların milli mənsubiyyətinin əsasında durmur. Di gəl, az adam müsəlmanları ailələrinə, yaxud qonşuluqlarına qəbul etməyə həvəslidir.

EYNİCİNSLİ NİKAHLAR, ABORT

Qərbi Avropa ölkələrində rəyi soruşulanların əksəriyyəti eynicinsli nikaha xoş yanaşır, həm də bu ölkələrin çoxu bu tip nikahları qanuniləşdirib. Mərkəzi və Şərqi Avropada isə çoxluq geylərin və lezbianların qanuni nikaha girməsinə qarşı çıxır.

Kosovoda gey parad
Kosovoda gey parad

Qərbi Avropada, İrlandiya, İtaliya və Polşa kimi qatı katolik ölkələri daxil olmaqla, hər 10 nəfərdən 6-sı, yaxud daha çoxu abortun bütün, yaxud əksər hallarda qanuni olmasına tərəfdardır.

Şərqdə isə baxışlar fərqlənir. Çexiya, Estoniya və Bolqarıstanda qanuni abortu yekdilliklə dəstəkləyirlər. Polşa, Rusiya və Ukraynada isə respondentlər daha çox belə bir fikirdədirlər ki, abort əsasən, ya da tamamilə qanunsuz olmalıdır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ