SON DƏQİQƏ

Rusiyanın nəhəng holdinqi Azərbaycandakı ERMƏNİLƏRƏ ƏYLƏNCƏ MƏRKƏZİ TİKİR...

Tarix:22-10-2018, 11:21

Azərbaycanın 28 ilə yaxındır işğal altında qalan Xankəndi şəhərində  yeni istirahət-əyləncə mərkəzi tikilir. 

Bu haqda erməni jurnalistlərə "Yevrostroy” tikinti  şirkətinin rəhbəri olan Qarik Atayan adlı məxluq məlumat verib. Avqust ayından başlanan tikinti işlərini Rusiyanın nəhəng "Taşir” şirkətlər qrupu və "Hayastan” ümumerməni fondu maliyyələşdirir.  
Keçmiş "Oktyabr” kinoteatrının yerində tikilən əyləncə mərkəzinin təməlqoyma işləri aparılır. Mərkəzdə konsert və tamaşalar üçün universal böyük zaldan əlavə, 100 nəfərlik müasir yay kino zalı, kafelər, avto-dayanacaq və digər məkanlar qurulması planlaşdırılır. Kompleksin 3500 kvadrat metrlik ətraf ərazisi təmir ediləcək və yaşıllaşdırılacaq.


Xatırladaq ki,  Rusiya Federasiyası və MDB miqyasında fəaliyyət göstərən "Taşir”   sənaye-tikinti şirkətləq qrupu 1999-cu ildə Moskvada erməni iş adamı Samvel Karapetyan tərəfindən təsis edilib. 200 şirkəti birləşdirən  holdinqin 25 şəhərdə 45 mindən çox işçisi var. 2016-cı ilə olan məlumata görə, "Taşir”in illik dövriyyəsi 160 milyard rubldur(təxm. 4.5 milyard dollar, yaxud 4,1 milyard AZN) (http://www.tashir.ru/ ).


Rusiya holdinqi 15 ilə yaxındır ki, Ermənistanda və Azərbaycanın işğal altındakı torpaqlarında  kifayət qədər tikinti, təmir və s. işlərini maliyyələşdirib və buna davam edir.
P.S.  Bu ilin avqustunda "Forbes” jurnalı tərəfindən Rusiyanın 100 ən nüfuzlu şirkətinin siyahısına daxil edilmiş "Taşir” holdinqinin Azərbaycanın işğal altındakı torpaqlarındakı qanunsuz çalışmalarından RF prezidenti V.Putinin qətiyyən xəbəri yoxdur. Yoxsa Samvel Karapetyanın dərisini boğazından çıxardar...
P.P.S. Sözsüz ki Xankəndindəki yeni əyləncə mərkəzində  bu şəhərə tez-tez əziyyət şəkib gələn və Azərbaycan üçün böyük işlər görən Minsk qrupunun həmsədrləri də əylənəcək...
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ